Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər FHN-ın adından sms göndərir: İnanmayın!

Ermənistan kibermühitdə təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, düşmən bu dəfə də saxta xarici nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından vətəndaşlarımıza mesaj göndərərək Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonuna hücuma keçəcəyi və təhlükəsizlik üçün rayonu müvəqqəti olaraq tərk etmələrinə dair saxta çağırışlar edir.

Qeyd edək ki, daha öncə də vətəndaşlara Gəncə və Bərdə rayonlarına raket hücumu təhlükəsi səbəbindən sığınacaqlara yerləşmələri ilə bağlı saxta mesajlar ünvanlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu məlumatlar əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır və həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər, tanımadıqları nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar