Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənova bağlı olan daha 2 şirkət ləğv olunur – Rəsmi

“İntellekt” Firması (VÖEN- 1700049481) və “Azadinform Müstəqil İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Törəmə Cəmiyyəti (VÖEN- 1700115961) ləğv olunduqlarını elan ediblər.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər iki şirkətin hüquqi ünvanı Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında yerləşir.

“Azadinform Müstəqil İnformasiya Agentliyi” 15.03.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. 210 manat nizamnamə kapitalı olan “Azadinform”un qanuni təmsilçisi Həsənov İbrahim Nurəddin oğludur.

“İntellekt” Firması isə 02.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalı olan firmanın qanuni təmsilçisi Əvəzov Anar Xudayat oğludur. Daha əvvəl bu şirkətin direktoru əvvəllər Əli Həsənova bağlı olan digər şirkətlərə də rəhbərlik etmiş Hacıyev Asəf Adil oğlu olub. Asəf Hacıyev vaxtı ilə “Xəzər TV”-nin də təsisçisi və prezidenti olub, həmçinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, bir həftə əvvəl – 28.06.2022-ci il tarixində “Azadinform”un nizamnamə kapitalının azaldılması ilə bağlı da elan verilib.

Onu da qeyd edək ki, hər iki şirkətin qeydiyyatda olduğu Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir.

Bir neçə həftə əvvəl Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “ATOM QİDA” MMC (VÖEN -1701554201) və “DULCE Nutrition” MMC (VÖEN -–702132271) ləğv olunduqlarını açıqlayıblar. Əvvəllər “ATOM QİDA” MMC-yə Əli Həsnovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.

Ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay