Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbədi şəhər Roma çürüyür?

Dolub-daşan zibil qutularının ətrafını əhatəyə alan siçanlar, böyük qağayılar və hətta vəhşi donuzlar... Dayanacağa nə vaxt çatacağı məlum olmayan, gəlsə də artıq sıxlıqdan yolda qalan, alovlanaraq partlayan bələdiyyə avtobusları...

Roma trafikinin əsas rəmzlərindən olan motosikletlərə təhlükə yaradan saysız-hesabsız və hardasa dibi görünməyən çuxurlar....

Siyahı daha da uzana bilər. Amma romalılardan şəhərlə bağlı ən böyük şikayətlərini soruşsanız alacağınız cavabda mütləq bu problemlər yer alacaqdır.

Bu gün səhər bu "çürüməyə" etiraz etmək üçün bələdiyyə meydanında təşkil olunan nümayişə gedərkən, şəhər mərkəzindən bir az kənardakı Garbatella səmtində bir avtobus dayanacağında gözləyən, yaşı təqribən 70 olan bir italyan xanımdan "Siz də nümayişə gedirsiniz?" deyə soruşuram.

Cavabı dramatikdir: "Xeyr, mən illərdir ki, şəhər mərkəzinə getmirəm. Romanın düşdüyü vəziyyəti görməyə tab gətirə bilmirəm".

İstefa çağırışları

Romanın düşdüyü bu vəziyyət yeni olmasa da, 2016-cı ilin iyununda, "5 Ulduz Hərəkatı"ndan bələdiyyə başçısı seçilən Virginia Raggi-nin istefası çağırışlarına səbəb olur.

Raggi seçki kampaniyasında əvvəlki rəhbərliyi laqeydlikdə, rüşvətxorluqda, "Romanı yeməkdə" ittiham edərək "Hər şeyin dəyişməsi lazımdır" deyirdi.

Lakin vəzifəyə təyin olunmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, vəd etdiyi bu dəyişikliyi yerinə yetirmədiyi, hətta bələdiyyə xidmətlərini daha pis vəziyyətə gətirdiyi üçün tənqid olunur. Raggi isə bütün tənqidlərə keçmiş rəhbərliyin səhvlərini sıralayaraq cavab verir.

Bu ilin martında keçirilən ümumi seçkilərdən sonra "5 Ulduz Hərəkatı"nın bir koalisya hökümətiylə hakimiyyətə gəlməsi, hərəkatın bələdiyyə başçısına dəstək olmaq üçün Romaya daha çox vəsait ayırması məsələsi gündəmə gəlmişdi. Bələdiyyə başçısı Raggi də "İtaliyanın gözlədiyi islahatları həyata keçirmək üçün" artıq hərəkətə keçə biləcəklərini söyləmişdi.

Lakin "dost bir hökümətlə" işləməsinə baxmayaraq bələdiyyə başçısının şəhərin probelmlərinə cavab verə bilməməsi reaksiyaları daha da artırır.

Şəhərin mərkəzində vəhşi donuzlar

Şəhərin müxtəlif məhəllələrində çəkilən və sosial şəbəkələrdə dərc edilən şəkillərdə zibil qutularının və parkların artıq sadəcə böyük qağayıların və siçanların deyil, vəhşi donuzların da bəslənmə sahəsinə çevrildiyi görünür.

Budanmayan ağacların küçənin ortasına və bəzən də maşınların üzərinə çökməsi, bir dəfə yağış yağan kimi gölə çevrilən küçələr də artıq gündəlik həyatın bir parçası vəziyyətinə gəlib.

Şəhər xalqı könüllü qruplar yaradaraq bu problemləri müvəqqəti həll etməyə - park və bağçaları özləri təmizləməyə, yollardakı çuxurları öz imkanlarıyla bağlamağa çalışırlar. Lakin artıq adi hal alan və qaçılmaz hala gələn Romanın baxımsızliq problemini həll etməyə bunlar kifayət etmir.

"Romada əbədi olan tək şey problemlərdir "

Ötən həftənin çərşənbə axşamı şəhərin ən izdihamlı metrolarından olan Piazza della Repubblica-dakı eskalatorun çökərək 24 insanın yaralanmasına səbəb olması bu baxımsızlığın təkrar gündəmə gəlməsinə səbəb oldu. Bu hadisə mətbuatda Romanın "əbədi şəhər" adına istinadla "Romada əbədi olan tək şey problemlərdir" kimi ifadələrlə yer aldı. Eyni gün, şəhərin ən canlı San Lorenzo məhəlləsində baş verən qrup şəklində təcavüz və cinayət də laqeydlik və dağılma ilə əlaqələndirilir

Narkotik satanların işğal etdiyi, hər kəsin tanıdığı bir binada 16 yaşlı Desiree Mariottini-nin meyiti aşkar edilib.

Bu hadisə də, şəhərin tarixi məhəllələrindən sayılan, II Dünya Müharibəsində bombalanan San Lorenzo məhəlləsinin narkotik satıcılarına və qanunsuzluğa təslim olduğunu, rəhbərliyin isə bu vəziyyətə göz yumduğu tənqidlərinə gətirib çıxarıb. Yeri gəlmişkən, bələdiyyə başçısı Virginia Raggi-nin bir təyinatda pozuntuya yol verdiyi iddiasıyla mühakiməsi davam edir.

İttihamları rədd edən Raggi gələn ay çıxması gözlənilən qərarda günahkar elan olunarsa istefa verməyə məcbur edilə bilər.

"Möhtəşəm zibillik "

Bütün bunlara bu gün Roma bələdiyyəsinin yerləşdiyi Campidoglio meydanında minlərlə insan tərəfindən etiraz edildi.

"Roma bəsdir deyir" başlıqlı nümayişdə şəhərin çirkliliyinə etiraz etmək üçün əllərində kol süpürgəsi daşıyanlar, yollardakı çuxurlara istinadən "Roma emmental pendirinə çevrildi" yazılan plakatları aparanlar, Oscar mükafatı alan "Möhtəşəm Gözəllik"(La Grande Belezza) filmindən ilhamlanmış "Möhtəşəm Zibillik"(La Grande Monnezza) bənzətməsini edənlər də vardı.

Nümayişdə bələdiyyə başçısı Raggi-yə istefa çağırışları səsləndi. Nümayişi təşkil edən "Hamı Roma üçün, Roma hamı üçün" qrupu da tələblərini bu sözlə yekunlaşdırıb:

"Şəhərimizin hörmətini geri qaytarmaq istəyirik"

pia.az


Etiket: Roma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay