Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamenti ermənilər tərəfindən dağıdılmış abidələrə dair məlumat yayıb

ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən dağıdılmasına dair məlumatlar paylaşıb.

PİA.az xəbər verir ki, Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında vətəndaş cəmiyyəti nümayəndələrinə, BMT-nin İnkişaf Proqramına və Azərbaycan hökumətinə istinadən məlumatlar paylaşılıb.

Bildirilir ki, işğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə görə ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.

Qeyd olunub ki, “REZA” adı ilə tanınan beynəlxalq fotojurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngəlan, KəlbəcərCəbrayılda onlarla azərbaycanlılara məxsus qəbiristanlığın sistematik şəkildə dağıdılmasını sənədləşdirib:

"Məzarlar təhqir edilib, bəzi hallarda məzarları talan etmək üçün quyular qazılıb. Bəzi məzarların ağır texnikalar vasitəsilə eksqumasiya edilməsinə dair sübutlar aşkar olunub. Yalnız bir neçə məzar sistemli vandalizmə məruz qalmayıb. Amma məzar daşlarının əksəriyyəti çəkic və buna oxşar alətlərlə dağıdılıb. Bundan başqa, azərbaycanlıların məzarlarındakı qalıqlar eksqumasiya edilib, meyitlərin qızıl dişləri çıxarılıb. Nəticədə Azərbaycan qəbirstanlıqlarında kəllə və sümüklər səpələnib, bəzi hallarda isə qalıqlar məzardan tamamilə çıxarılıb".

Deqatinin sözlərinə görə, erməni məzarları demək olar ki, toxunulmaz qalıb.

Hesabatda qeyd olunur ki, Azərbaycanın qaytardığı ərazilərin genişmiqyaslı minalanması nəticəsində qəsəbə və kəndlərdəki yüzlərlə dini yerlərin böyük əksəriyyətinə gediş-gəliş mümkünsüz olub. Bu dini obyektlərə vurulan zərərin məbləği uzun illər ərzində naməlum qala bilər. Füzuli rayonunda 19-cu əsrə aid Hacı Ələkbər Məscidinin dağıdılması, erməni dillində yazılarla vandalizmə məruz qoyulmuş və mehrabı güllələrlə dəlik-deşik edilmiş Ağdam Cümə məscidi dini abidələrə vurulan aşkarlanmış zərərlərin nümunələridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ən çox oxunanalar