Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov “Türk Dünyasında İnstitutlaşma” panelində çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib...

Bu barədə Poliqon-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu və ölkə başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi kimi türk dünyasının bizim ailəmiz olduğunu vurğulayıb.

Tarixi, mədəni ənənələrlə bağlı olduğumuz türk dünyası çərçivəsində əməkdaşlığımızın müxtəlif, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadi, investisiyalar və s. istiqamətlər üzrə gücləndirilməsinin beynəlxalq sistemdəki mövcud təlatümlərə qarşı dayanıqlılığımızın möhkəmləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, türk dünyasının 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini, böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat marşrutları ilə bağlı imkanlara malik olduğunu nəzərə alaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin zəruri olduğu qeyd edilib.

Beynəlxalq münasibətlər sistemi, xüsusilə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı çağırışların artdığı bir dövrdə, regional əməkdaşlığın, o cümlədən TDT-nin əhəmiyyətinin daha da artdığı bildirilib. Bu istiqamətdə, üzv dövlətlərin tarixdə yol verilən əvvəlki səhvləri təkrarlamadan əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində həmrəylik nümayiş etdirməsinin vacib olduğu diqqətə çatdırılıb.

Panel müzakirələri sual-cavab sessiyası ilə davam edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay