Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

Avqustun 17-də xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib...

Xarici İşlər Nazirliyindən Poliqon-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfir Haməd bin Abdullah bin Səud bin Xudeyrə fəaliyyəti dövründə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı siyasi, iqtisadi, enerji, humanitar, turizm sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə AzərbaycanSəudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb. Həm 30 ilə yaxın işğal dövründə, həm də post-münaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə dəstəyi yüksək qiymətləndirilib.

Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri xatırlayan nazir, Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən işlərdən bəhs edib. Səfir Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

İsrail MN-dən İran və "Hizbullah"a xəbərdarlıq: "Əvvəllər görünməmiş zərbə endirəcəyik"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay