Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cadugərlər Putinə nə edib?

Vladimir Putinin reytinqi aşağı düşüb

13-19 may tarixlərində keçirilmiş Ümumrusiya İctimai Rəy Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, Rusiya prezidenti Vladimir Putinə etimad reytinqi həftə ərzində 31,7% -ə enib. Bu, 2006-cı ildən bəri Putinlə bağlı ən aşağı reytinqdir.

2018-ci ilin may ayında bu göstərici 47,4% təşkil edib. Prezidentin reytinqi 2018-ci ilin ortalarından etibarən- ölkədə pensiya ilə bağlı elan edilən qərardan sonra düşməyə başlayıb. Dövlət başçısının bu ilin fevralında Federal Məclisə müraciəti də onun reytinqini düşməkdən xilas etməyib. Vladimir Putinə etimad reytinqinin maksimum göstəricisi 2015-ci ilin martında 65 faiz olub, bu isə o deməkdir ki, o vaxtdan bəri Rusiya prezidentinə etimad göstərən rusiyalıların sayı təxminən iki dəfə azalıb.

Rusiya mediası yazır ki, fevral ayında hətta cadugərlər Putinin reytinqinə kömək etmək işinə girişiblər. Prezidentin bu üsulla dəstəklənməsi və düşmənlərinə lənət göndərməsi belə onun reytinqə təsir etməyib.

Buna baxmayaraq, ruslar hələ də Putinə başqa siyasətçilərdən daha çox güvənirlər. Rusiya müdafiə naziri Sergey Şoyqu reytinqə görə (14,8%) ikincidir, xarici işlər naziri Sergey Lavrov isə üçüncü yerdədir (13%). Baş nazir Dmitri Medvedyev isə (7,6%) beşinci yerdədir. Bu, RLDP lideri Vladimir Jirinovskidən (8,8%) də pis nəticədir.

Dmitri Medvedyevin hökumətinə də etimad azdır. Respondentlərin 23.4% faizi ona hökumətin vacib məsələlərini həll etmək üçün etibar etmədiyini deyib.

Rusiyalı ekspertlər Rusiya prezidentinin reytinqinin enməsini müxtəlif səbəblərlə izah edirlər. Bəzi ekspertlər səbəb kimi camaatın prezidentdən bezməsində görür. 2018-ci ilin martında keçirilən prezident seçkiləri ərəfəsində seçicilər Putinə alternativ görmürdülər. Getdikcə isə vəziyyət pisləşir, həyat yaxşılaşmır, xarici siyasətdə bütün cızıqlar keçilib, insanlarda inkişafa inam daha yoxdur, bədbinlik güclənib və sair...

Şöyqunun ikinciliyinə gəlincə, Rusiya hökumətində hamıdan çox işləyən şəxslərdən olan müdafiə nazirini Putinin varisi ola biləcəyi deyilir. Şoyqunun rəhbərlik etdiyi Rusiya silahlı qüvvələri Putinin xarici siyasətinin əsas elementinə çevrilib.

Putindən 3 yaş cavan olan Şoyqu Rusiya hökumətində ən çox işləyənlərdəndir. Onun hakimiyyət strukturlarına gəlişi hələ 1990-cı ildə, SSRİ-nin dağılmasından əvvəl baş verib.

Bundan başqa, vurğulanır ki, Şoyqu fövqəladə hallar naziri postunda yaxşı nüfuz qazanıb. Bununla yanaşı, o, Rusiya bürokratiyası arasında ustalıqla manevr edərək, düşmən qazanmayıb.

Qeyd olunur ki, Şoyqunun Putinə sadiqliyi, populyarlığı və səriştəliliyinin kombinasiyası müdafiə nazirini ən ehtimal olunan varisə çevirir.(müsavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay