Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Vətən müharibəsi şəhidi Cavid Hüseynovun doğum günüdür - Foto

Bu gün 44 gün davam edən Vətən müharibəsində canından keçən igidlərimizdən biri şəhid Hüseynov Cavid Habil oğlunun doğum günüdür.

PİA.az xəbər verir ki, Cəlilabad rayonun Hamarqışlaq kəndində anadan olan şəhid C.Hüseynov 2012-ci ildə hərbi xidmətə yollanıb. 2014-cü ildə hərbi xidmətini başa vuran qəhrəmanımız yenidən ordu sıralarına yazılıb və MAXE kimi xidmətini davam etdirib.

Sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə bir sıra kəndlərin və yüksəkliklərin azad edilməsində qəhrəmanlıq göstərib.

Sonuncu dəfə sentyabrın 30-da anası ilə danışan C.Hüseynov yaxın günlərdə işğal altında olan torpaqlarımızın tamamilə düşməndən azad ediləcəyini deyib. Müharibə müddətində idarə etdiyi tankla düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edən Cavid Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun idarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən Cavidin adı yazılıb.

Şəhidimiz doğulduğu Hamarqışlaq kənd qəbiristanlığında dəfn edilib. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidin xatirəsinə yaşadığı evin yaxınlığında şəhid bulağı inşa edilib.(Oxu.Az)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar