Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda dövlət qulluqçuları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir. 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 5,6,8 avqust 2024-cü il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub.

Təlimlər Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Dövlət strategiyası ilə iş və insan  kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli, İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunda məsləhətçi Nərmin Xəlilova, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı məsləhətçi Zinyət Əmirova tərəfindən təşkil olunacaq.

İkinci təlim avqustun 6-da Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, eləcə də digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova təlimi giriş sözü ilə açaraq qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Təlimin əhəmiyyətini vurğulayan Ü.Orucova Dövlət İmtahan Mərkəzinin əməkdaşlarına bu cür maarifləndirici təlimlərin təşkilinə görə razılığını ifadə edib.

Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli çıxış edərək təlim iştirakçılarını salamlayıb, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. G.Əhmədli “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və s. mövzular ətrafında geniş izahat verib.

G.Əhmədli bugünkü təlimin əsasən “Təşkilati mədəniyyət”, “Təşkilati mədəniyyətin növləri”, “Klan mədəniyyəti”. “Adhokratiya mədəniyyəti”, “Bazar mədəniyyəti”, “İyerarxiya mədəniyyəti”, “Vətəndaş”, “Vətəndaşlarla işin təşkili – Qanun”, “Vətəndaşlarla işin təşkili – Psixoloji məqamlar”, “Ümumi müzakirələr” üzrə mövzuları əhatə etdiyini qeyd edib.

Təlim zamanı G.Əhmədli “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında” Qanun, vətəndaşlarla iş sahəsində tətbiq olunan xüsusi dəyərlər və prinsiplər, empatiya, sosial məsuliyyət, dəqiq ünsiyyət, bütövlük və qeyd edilən digər mövzular ətrafında slayd vasitəsilə geniş, əhatəli, dolğun izahlar edib, fikirlərini səsləndirib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Poliqon.info

Fotolar




Etiket: Qazax Təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Ən çox oxunanalar