Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimidə bu obyektin fəaliyyəti məhdudlaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 27A, mənzil 77 ünvanında Fəttahov Elçin Rişad oğluna məxsus "Elçinin basdırması" adlı iaşə obyektində monitorinq aparıblar...

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Qida obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, müəssisədə çiy toyuq dönərinin emalı prosesi zamanı çarpaz çirklənmənin baş verdiyi, emal sahəsinin divarının asan yuyulub-təmizlənə bilən materialla üzlənmədiyi, qida məhsullarının, alət və ləvazimatların yuyulması prosesinin eyni yuma çanağında həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin sağlamlıq arayışlarının olmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

İran zərbə aviasiyası döyüş hazırlığına gətirildi

Paris-2024: Futbol matçlarındakı ilk finalçı bəlli olub

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar