Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan neftinin BTC ilə tranzitinin həcminin artırılması müzakirə edilir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “KazMunayQaz” Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə tranzitinin həcminin artırılması məsələsini müzakirə edir.

Bu barədə “Report”un Astanadakı müxbirinə Qazaxıstanın paytaxtında Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edən Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bildirib.

Lakin o, Azərbaycanın əsas ixrac neft kəməri ilə Qazaxıstan neftinin nəqlinin həcminin nə qədər artırılmasının planlaşdırıldığına cavab verməkdə çətinlik çəkib.

Nazir müavini xatırladıb ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” layihəsi hazırlanıb.

“Əminəm ki, sənədin imzalanması əlaqələrimizi strateji səviyyəyə qaldırmağa kömək edəcək”, - O.Zeynalov vurğulayıb.

O, çərşənbə axşamı Astana görüşündə çıxışı zamanı bildirib ki, ümumilikdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli inkişaf edir.

O.Zeynalov ötən ilin martından Qazaxıstan neftinin BTC kəməri ilə nəqlinin bərpasını xüsusi qeyd edib: “Bu əməkdaşlığın müsbət dinamikası gələcəkdə neft nəqlinin səviyyəsini artırmağa imkan verir”.

“KazMunayQaz” şirkətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan bir qədər çox Qazaxıstan nefti göndərilib. Bu ilin birinci yarısında bu rəqəm 700 min tondan çox olub.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti üzrə 5 illik müqavilə bağlanılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Ən çox oxunanalar