Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamala Harris rəsmən Demokratlar Partiyasından prezidentliyə namizəd olub

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində Demokratlar Partiyasının rəsmi namizədi olub...

Poliqon CNN telekanalına istinadən xəbər verir ki, xanım Harris bu barədə Filadelfiyada tərəfdarlarının mitinqində çıxışı zamanı bildirib.

“Mən bu gün qürurla elan etmək üçün sizin qarşınızda dururam ki, mən indi rəsmi olaraq Demokratlar Partiyasının ABŞ prezidentliyinə namizədiyəm. Beləliklə, indi etməli olduğumuz bir şey var. Biz ümumi seçkilərə getməliyik və bu seçkilərdə qalib gəlməliyik”, deyə ABŞ prezidentliyinə namizəd bildiriib.

Filadelfiyada keçirilən mitinqdə Harrisin vitse-prezident seçdiyi Minnesota qubernatoru Tim Uolz da iştirak edib. Uolz Kamala Harrisə ona göstərdikləri etimada görə minnətdarlığını bildirib. Buna cavab olaraq ABŞ prezidentliyinə namizəd ölkəni bütün amerikalıların xeyrinə idarə edəcəyinə söz verib.

Qeyd edək ki, bazar ertəsi, Demokratik Milli Komitə Kamala Harrisin prezidentliyə namizədliyini qazandığını elan etdi. Komitənin məlumatına görə, o, partiyanın virtual çağırışında iştirak edən 4567 nümayəndənin 99%-ni qazanıb.

Xatırladaq ki, iyulun 21-də ABŞ-ın hazırkı prezidenti Co Bayden prezidentlik yarışından namizədliyini geri götürmək qərarını açıqlayıb. Bunun müqabilində o, Demokratlar Partiyasından Kamala Harrisin namizədliyini irəli sürməyi təklif edib. Bir həftə ərzində Harris 200 milyon dollar ianə toplaya bilib. Morning Consult sorğusuna görə, bütün yeddi əyalətdə Kamala Harrisi seçicilərin 48%-i, Donald Trampı isə 47%-i dəstəkləyib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay