Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "Özbəkistan 2030-cu ildən etibarən elektrik enerjisini Azərbaycan vasitəsilə Avropaya ixrac edə biləcək"

Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi üzrə Qazaxıstan-Özbəkistan-Azərbaycan birgə üçtərəfli layihəsinin uğurla həyata keçiriləcəyi halda Özbəkistan 2030-cu ildən etibarən artıq qalan elektrik enerjisini Avropaya ixrac edə biləcək...

Bunu "Report"un müxbirinə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən I görüşü çərçivəsində deyib.

“Bu ilin sonuna kimi biz bərpa olunan enerji mənbələrindən əldə olunan ümumi enerji tutumunu 4 GVt-dan artıq səviyyəyə çatdıracağıq. 2030-cu ilə qədər 20 GVt-dan çox olacaq bu həcmin 2 GVt-dan 5 GVt-a qədəri Avropaya ixrac ediləcək”, - o bildirib.

Nazirin sözlərinə görə, ixracın dəqiq həcmi elektrik enerjisinin ötürülməsi sisteminin gücündən və avropalı alıcıların tələbatından asılı olacaq.

O izah edib ki, Özbəkistandan elektrik enerjisi Mərkəzi Asiyanın Ümumi Enerji Sistemi ilə Qazaxıstan ərazisindən keçəcək, daha sonra Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xətti ilə Azərbaycana, oradan da Gürcüstana, Qara dənizin dibi ilə kabel xətti ilə isə Rumıniya, Macarıstan və Bolqarıstana göndəriləcək.

Özbəkistanın inkişaf strategiyasına uyğun olaraq 2030-cu ilə qədər ümumi generasiya gücü 2,4 dəfə artırılaraq 44,9 GVt-a çatdırılacaq. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin payı 40 %-ə qədər artırılacaq və bu məqsədlə ümumi gücü 18,8 GVt (8,6 GVt – günəş, 10,2 GVt – külək) olan günəş və külək enerjisi istehsalı ilə bağlı layihələr həyata keçiriləcək.

Xatırladaq ki, mayın 1-də Daşkənd İnvestisiya Forumu çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında Avropaya “yaşıl elektrik enerjisi”nin tədarükü üçün enerji sistemlərinin inteqrasiyasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Ən çox oxunanalar