Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı İsrail casusu kimdir?

"Ötən həftə Tehranda HƏMAS lideri İsmayıl Haniyənin qətlə yetirilməsi İran-İsrail qarşıdurmasını yenidən kəskinləşdirməklə yanaşı, ölkədəki İsrail agenturası mövzusunu da aktuallaşdırıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) güclü nəzarəti altında olan binada Haniyəyə qarşı sui-qəsd əməliyyatı o qədər gözlənilməz və dəqiq şəkildə həyata keçirilib ki, əksər müşahidəçilərdə onun əsas icraçılarının məhz İran paytaxtında olduğu qənaətini doğurub".

Poliqon xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni videotəhlildə qeyd olunub.

Bildirilir ki, bununla əlaqədar olaraq, ölkədə uzun müddətdən bəri müzakirə mövzusu olan "nüfuzilər", yəni İranın ali hakimiyyət strukturlarına, ilk növbədə təhlükəsizlik orqanlarına sızmış casuslar məsələsi ön plana çıxıb, hətta bir çoxları əsas zərbənin bilavasitə İsrailə deyil, onun daxildəki agentura şəbəkəsinə endirilməli olduğu fikrini qətiyyətlə irəli sürüblər.

"Həmin kontekstdə 1960-cı illərdə Suriyada fəaliyyət göstərmiş və Suriya hakimiyyətinin ən yüksək pillələrinə qədər qalxmış əfsanəvi İsrail kəşfiyyatçısı Eli Kohenin adı yenidən İran mediasında və sosial şəbəkələrin İran seqmentində gündəmə gəlib.

Məsələn, nüfuzlu "Əsr-İran" portalı srağagün dərc etdiyi "Tehran cinayətinin intiqamı Tehranda alınmalıdır: İrandakı "Eli Kohenlər təhlükəsizlikdə qalmamalıdırlar" başlıqlı geniş məqalədə yazıb: "60 il əvvəl öz adamını Suriyanın hakimiyyət və təhlükəsizlik sisteminə yerləşdirmək üçün uğurlu bir plan həyata keçirən İsrailin bu gün, geniş təcrübə qazandıqdan sonra özünün ən mühüm düşməni olan İran İslam Respublikasının hakimiyyətinə sızmaq üçün bir iş görmədiyini düşünmək axmaqlıq olar. Haniyənin Tehranda terror edilməsi əməliyyatının buradakı casus şəbəkəsinin hərtərəfli köməyi olmadan baş tutduğunu düşünmək ondan da böyük axmaqlıq olar. Həmin casuslar Haniyənin məxfi saxlanan iqamətgahı, onun qaldığı mərtəbə və otaq haqqında məlumatlı olublar, eyni zamanda terror avadanlığını həmin yerin yaxınlığına gətirərək atəş açıblar və heç bir təhlükə hiss etmədən aradan çıxıblar".

Sayt daha sonra əlavə edib: "İsraildən intiqam almalıyıq, amma işğal olunmuş Fələstin torpaqlarında hər hansı intiqamdan öncə, Tehran cinayətinin qisasını Tehranda almaq lazımdır. Bu da heç bir güzəşt və mərhəmət tanımadan hakimiyyətin bütün səviyyələrində İsrail casuslarının tapılması, tutulması və cəzalandırılması üzrə "Doğru vədə-2" əməliyyatından başqa bir şey ola bilməz. Unutmayaq ki, Eli Kohen Suriyanın ozamankı hakimiyyətində ən yüksək yer tutanlardan biri olub".

Ətraflı süjetdə:

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

İran zərbə aviasiyası döyüş hazırlığına gətirildi

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Futbol matçlarındakı ilk finalçı bəlli olub

Ən çox oxunanalar