Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Məhkəməsinin Azərbaycan və Ermənistan üçün qərarı... - Qərarın yerinə yetirilməsi məcburidirmi?

Dünən Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları ilə bağlı qərar qəbul edib...

Beynəlxalq hüquq üzrə mütəxəssis: “Hazırda BƏM-də proses davam edir, qarşılıqlı iddialarla bağlı məhkəmə yekun hökmünü hələ verməyib. Dünən 22 fevral tarixində verilən hökm “müvəqqəti tədbirlərin görülməsinə dair” qərardır”.

Ermənistan, “Azərbaycan hökumətinin Laçın dəhlizi boyunca hər iki istiqamətdə fasiləsiz sərbəst hərəkətə mane olan etirazlara dəstəyini dayandırması” istiqamətində məhkəmədən tədbirlər görməyi xahiş etmişdi. Ancaq, məhkəmə, Laçın dəhlizi ilə hərəkətlə bağlı bu əlavə tədbirin əsaslandırılmadığını hesab edib”.

Bu sözləri Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova Beynəlxalq Ədalət Məhkəməsinin AzərbaycanErmənistan üçün çıxardığı qərarı Poliqon.info-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Beynəlxalq Ədalət Məhkəməsi AzərbaycanErmənistanın bir-birinə qarşı iddiaları ilə bağlı qərar qəbul edib. Məhkəkə hər iki tərəfin bir sıra iddialarını rədd eləsə də, qərar verib ki, Azərbaycan Laçın dəhlizi üzərindən maneəsiz hərəkətin bərpası üçün əlində olan bütün imkanlarından istifadə etməlidir.

Məhkəmənin bu qərarını necə dəyərləndirmək olar və bu qərarın yerinə yetirilməsi məcburidirmi?

Mövzunu Poliqon.info-un əməkdaşı Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Məhkəmə, “Azərbaycanın Dağlıq Qarabağ sakinlərinə təbii qaz və digər kommunal xidmətlərin verilməsini pozduğuna dair” iddia ilə bağlı Ermənistanın kifayət qədər sübut təqdim etmədiyini bildirərək, belə bir tədbirin əsaslandırılmadığını qeyd edib”.

Bu cür qərarların məqsədinin məhkəmə əsas hökmünü verənə qədər keçən müddət ərzində mübahisə predmeti təşkil edən hüquqların qorunması olduğunu bildirən mütəxəssis Poliqon-a açıqlamasında qeyd edib ki, qısa olaraq ifadə etsək, münaqişənin daha da pisləşməsinin və ya böyüməsinin qarşısını almaq məqsədi daşıyır:

“Bilirsiz ki, ikinci Qarabağ müharibəsindən bir il sonra 2021-ci ilin 16 sentyabr tarixində Ermənistan Azərbaycan əleyhinə Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdı. İddia ondan ibarət idi ki, Azırbaycan silahlı münaqişə zamanı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı” (CERD) kobud şəkildə pozub. Buna görə də, Ermənistan məhkəmədən xahiş etmişdi ki, Azərbaycan Konvensiyanın pozulmasına görə məsuliyyət daşısın, gələcək zərərin qarşısını alsın və artıq vurulmuş zərəri ödəsin.

Cavab olaraq, Azərbaycan da 23 sentyabr 2021-ci il tarixində Ermənistana qarşı əks iddia qaldırdı. İddiada qeyd olunurdu ki, həm birbaşa, həm də dolayı yolla Ermənistan etnik təmizləmə siyasətini davam etdirir, “nifrət nitqi” ilə məşğul olur, irqçi təbliğat yayır, o cümlədən, hökumətin ən yüksək səviyyələrində azərbaycanlılara qarşı nifrət və etnik zorakılığı qızışdırır. Həmçinin də, 2020-ci ilin payızında başlayan hərbi əməliyyatlar dövründə də Ermənistanın növbəti dəfə azərbaycanlıları etnik ədavət zəminində qəddar rəftarla hədəfə aldığı qeyd edilirdi. Buna görə də, Azərbaycan məhkəmədən, Ermənistanı bu pozuntularına görə məsuliyyətə cəlb etməyi, Azərbaycan və onun xalqına vurulmuş zərərin ödənilməsini xahiş etmişdi.

Hazırda BƏM-də proses davam edir, bu qeyd etdiyim qarşılıqlı iddialarla bağlı məhkəmə yekun hökmünü hələ verməyib. Dünən 22 fevral tarixində verilən hökm “müvəqqəti tədbirlərin görülməsinə dair” qərardır. Bunlar fərqli anlayışlardır. Nə olduğunu izah edim. Beynəlxalq Ədalət Məhkəməsi Statusunun 41-ci maddəsinə görə, şərait və ya tərəflər tələb edərsə, məhkəmə hər bir tərəfin hüquqlarını qorumaq üçün müvəqqəti tədbirlər haqqında qərar vermək səlahiyyətinə malikdir. Buna “ara qərar” da deyilir. Bu cür qərarların məqsədi ondan ibarətdir ki, məhkəmə əsas hökmünü verənə qədər keçən müddət ərzində mübahisə predmeti təşkil edən hüquqlar qorunsun. Yəni, qısa olaraq ifadə etsək, münaqişənin daha da pisləşməsinin və ya böyüməsinin qarşısını almaq məqsədi daşıyır. Qarşılıqlı iddialar məhkəmənin əsas qərarı ilə həll edildikdən sonra artıq müvəqqəti tədbirlərə də ehtiyac qalmır.

Vüsalə Əhmədova: “Qərarda əsas olaraq deyilir ki, Azərbaycan Respublikası iş üzrə yekun qərara qədər, “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyadan” irəli gələn öhdəliklərinə uyğun olaraq insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etmək üçün bütün tədbirləri görsün”.

Müvəqqəti tədbirlərə dair qərarın icrasına gəlincə, əyər qərar açıq və yekdil səslə qəbul edilibsə, əhəmiyyətli təsirə malik ola bilər. Nəzərinizə çatdırım ki, bu qərar iki əleyhinə olmaqla 13 səslə qəbul edilib. Həmçinin, qərarın məcburi qüvvəyə malik olduğu qeyd olunub. Ancaq, təcrübədə müvəqqəti tədbirlərin pozulması faktlarına çox rast gəlinir. Qərarda əsas olaraq deyilir ki, Azərbaycan Respublikası iş üzrə yekun qərara qədər, “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyadan” irəli gələn öhdəliklərinə uyğun olaraq insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etmək üçün bütün tədbirləri görsün. Məhkəmə bu qərarını onunla əsaslandırıb ki, Üçtərəfli Bəyanatda Azərbaycan digər məsələlərlə yanaşı, Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkətə təminat verib.

Hər kəs qərarın mənfi tərəflərindən yazır. Xatırladım ki, Ermənistan, “Azərbaycan hökumətinin Laçın dəhlizi boyunca hər iki istiqamətdə fasiləsiz sərbəst hərəkətə mane olan etirazlara dəstəyini dayandırması” istiqamətində məhkəmədən tədbirlər görməyi xahiş etmişdi. Ancaq, məhkəmə, Laçın dəhlizi ilə hərəkətlə bağlı bu əlavə tədbirin əsaslandırılmadığını hesab edib. Bundan əlavə, Ermənistan, “Azərbaycanın Dağlıq Qarabağa təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal tam bərpa etməsi və onu pozmaqdan və ya ona maneçilik törətməkdən çəkinməsi” istiqamətində tədbirin görülməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə, “Azərbaycanın Dağlıq Qarabağ sakinlərinə təbii qaz və digər kommunal xidmətlərin verilməsini pozduğuna dair” iddia ilə bağlı Ermənistanın kifayət qədər sübut təqdim etmədiyini bildirərək, belə bir tədbirin əsaslandırılmadığını qeyd edib”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Ən çox oxunanalar