Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayramovun Mirzoyanla Vaşinqton görüşünün hansı gözlıəntiləri var?..

Xarici işlər nazirlərinin Vaşinqton görüşündən irəliləyiş gözləmək lazımdırmı?..

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru, siyasi şərhçi Fərhad Məmmədov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Vaşinqtonda keçiriləcək görüşünü şərh edib.

Poliqon poliqtoloqun Telegram kanalına istinadən həmin şərhi oxucularının diqqətinə cəlb edir.

Diqqət görüşün keçiriləcəyi Vaşinqtona yönəlib.

Maraqlı görüş forması:

- Bayramov-Blinken-Mirzoyan üçlü olacaq

- Bəs ikitərəfli Bayramov-Mirzoyan olacaqmı?

Yəni Vaşinqton prosesi tərəflərin ixtiyarına buraxacaqmı, yoxsa bütün danışıqlar prosesinə moderatorluq edəcə?

Son iki il yarımın təcrübəsi göstərir ki, tərəfləri təkbətək qoyanda, nəticə olmur. Bu, yeri gəlmişkən, nəticəni şəxsən əldə etməyin onun üçün nə qədər vacib olduğunu nəzərə alarsaq, Blinkenin şəxsi ciddiliyinin nümayişi olacaq.

Məzmununa görə:

Erməni tərəfi sülh müqaviləsinin layihəsinin mətninə öz cavab variantını gətirməlidir. Güman etməyə cəsarət edirəm ki, amerikalılar mətnin son erməni versiyası ilə artıq tanışdırlar.

Nəsə imzalanacaqmı?

Düşünmürəm. Əgər Ermənistan tərəfi görüşdən əvvəl öz versiyasını Bakıya göndərməyibsə, deməli, onların təklifləri Azərbaycanın ali rəhbərliyinə məlum deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri isə mövqeyini Bakı ilə razılaşdırmalı olacaq. Və Ermənistan rəhbərliyinin son günlər hökumət başçısı və Təhlükəsizlik Şurasının katibi səviyyəsində yayımladıqları mövqeyi nəzərə alsaq, konstruktiv heç nə gözlənilmir.

Ermənilər “Bakı ilə Qarabağ erməniləri arasında dialoqda beynəlxalq iştirakı” başqa bir bükümdə pərdələyə bilərlər. Bu format ABŞ tərəfindən dəstəklənir. Bakı bununla razılaşmayacaq. Ona görə də bu paraqraf ya mətndən çıxarılmalı, ya da başqa redaksiyaya çevriləcək. Söhbət “Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin” təminatlarından gedir.

Ayrı-ayrılıqda kilidin açılması mövzusu maraqlıdır. Əgər tərəflər bu mövzuda razılığa gəlsələr, Rusiyanın rolu və funksiyası Ermənistan ərazisində qalacaqmı?!

Vaşinqtondan sonra Moskvaya?!

Vaşinqtonda əldə oluanan razılışmalarla və sülh kayihəsi ilə Moskvaya uçmaq lazım gələcək. Əgər Vaşinqtonda daha çox məsələ razılaşdırıldıqca, Moskvaya “şeytani detallar” üçün daha az manevr yeri qalacaq. Moskva üçün sülh müqaviləsi layihəsində üçtərəfli bəyanatların parametrlərini qalması vacibdir. Yəni sülh müqaviləsi üçtərəfli bəyanatları əvəz etməməlidir. Anladığımız kimi, Azərbaycan Rusiyanın Ermənistan ərazisindəki funksiyasının əleyhinə deyil.

Beləliklə, bir daha hansısa irəliləyişlərlə qarşılaşa bilərik. Azərbaycan Ermənistanı mümkün qədər konstruktivliyə gətirmək üçün addımlar atıb.

Tərcümə Poliqon-a aiddir...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar