Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden: Si Tsinpinlə gözlənilən görüş ABŞ-ın dünyadakı liderliyini göstərir

Co Bayden seçki hazırlığı çərçivəsində keçirdiyi mitinqdə deyib ki, onun Si Cinpinlə gözlənilən görüşü ABŞ-ın dünyadakı liderliyini nümayiş etdirir...

ABŞ prezidenti Co Bayden hesab edir ki, onun San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə gözlənilən görüşü Pekinin problemlərlə üzləşdiyi bir vaxtda dünyada ABŞ liderliyinin bərpasına işarədir.

Poliqon xəbər verir ki, Amerika liderinin sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirib. Bayden bu barədə çərşənbə axşamı axşam San-Fransiskoda seçki kampaniyası üçün pul yığımında danışdığı zaman bildirib.

“Sədr Si ilə gözlənilən görüş Amerika liderliyinin dünyada necə bərpa olunduğunun daha bir nümunəsidir. Çünki Çinin real problemləri var, dostlar”, deyə ABŞ prezidenti vurğulayıb.

CNN bildirir ki, Amerika lideri problemlər dedikdə Çin iqtisadiyyatındakı vəziyyəti nəzərdə tutur. Kanalın məlumatına görə, Çin işsizliklə üzləşib və daşınmaz əmlak sektorundakı böhran isə “investorları qorxudub”.

CNN onu da qeyd edir ki, ABŞ prezidenti bundan əvvəl də oxşar tədbirlərdə Çinlə bağlı sərt açıqlamalar verib. Bayden bir dəfə Çinin iqtisadi gücünü “saatlı bomba” adlandırıb və bu, Pekini qəzəbləndirib.

Si Tsinpin APEC sammitində iştirak etmək, həmçinin Baydenlə danışıqlar aparmaq üçün bu gün San-Fransiskoya gəlib. APEC sammiti noyabrın 15-dən 17-dək keçiriləcək. Noyabrın 15-də sammit çərçivəsində Çin və ABŞ liderləri arasında görüş planlaşdırılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar