ABŞ prezidenti Co Bayden deyib ki, onun hakimiyyəti dövründə ABŞ dünyada heç kimlə döyüşməyib...
Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti bu fikri seçki yarışından geri çəkilmək qərarı ilə bağlı xalqa müraciətində deyib.
“Mən bu əsrdə Amerika xalqına Birləşmiş Ştatların dünyanın heç bir yerində müharibə etmədiyini söyləyən ilk prezidentəm”, deyə Bayden bildirib.
ABŞ prezidenti vurğulayıb ki, vəzifədə qaldığı müddət ərzində Amerikanın güclü, təhlükəsiz və azad dünyanın lideri olaraq qalmasını təmin etmək üçün işləməyə davam edəcək.
Qeyd edək ki, vətəndaşlara müraciət Ağ Evin Oval Ofisindən yayımlanıb. Bayden amerikalılara ABŞ-ın yeni prezidentinin seçilməsi üçün kampaniyadan çıxmasının səbəblərini və mümkün nəticələrini izah edib.
Poliqon.info