Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan və Türkiyənin bir dövlətə çevrilməsi məsələsi gündəmə gəlsə, yaxşı olar” - Hafiz Hacıyev

“Qisas” əməliyyatından qısa müddət sonra Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevi Türkiyəyə dəvət etməsi rəsmi Ankaranın Qarabağdakı prosesləri yaxından izlədiyini göstərir...

Müasir Müsavat Partiyasının sədri: “İndiki vaxtda həm dünyada, həm də regionda gedən proseslərə görə Ərdoğanın və Türkiyə xarici işlər naziri Çavuşoğlunun Azərbaycan haqqında dedikləri, Azərbaycanın yanında olduqlarını bildirməkləri bizi sevindirməlidir”.

“Türkiyənin bu dəstəyi torpaqlarımızı terrorçulardan təmizləmək üçün başladığımız anti-terror əməliyyatlarında bizə qol-qanad verir”.

Xəbər verdiyimiz kimi avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfəri baş tutdu. Səfər çəçivəsində Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirildi. Görüşdə tərəflərin əsas müzakirə mövzusunun Ermənistanın Qarabağda törətdiyi son təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatının olduğu məlumdur.

Eyni zamanda Ərdoğanın dünən keçirilən XIII Səfirlər Konfransında da AzərbaycanErmənistan münasibətlərinə toxundu. Ərdoğan çıxışında “Azərbaycan bizim qırmızı xəttimizdir” dedi. Bəs Türkiyə prezidentinin bu ifadəsi nədən xəbər verirdi? Ərdoğanın İrəvana və havadarlarına verdiyi mesaj onlara çatdımı?

Türkiyə prezidentinin Azərbaycanla bağlı çıxışını PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Ərdoğanın İrəvana verdiyi müsajlardan Ermənistan ciddi nəticələr çıxarmalıdır”.

İçimizdə olan bəzi ruspərəstlərin Azərbaycanla Türkiyə arasında münasibətlərin sərin olmasını istədiklərini vurğulayan partiya sədri bildirib ki, beləliklə də, onlar öz çirkli niyyətlərini həyata keçirmək istəyirlər:

Azərbaycan və Türkiyə arasında olan münasibətlər son illər çox yüksək xəttlə inkişaf edir. Ərdoğanın Azərbaycana bu cür isti münasibət bəsləməsi, Azərbaycan-Türkiyə dostluğundan, bir millət iki dövlət olmasından irəli gəlir. Bildiyimiz kimi Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi qəbul edilib. Şuşa Bəyannaməsi çox ciddi bir sənəddir. Bu sənəddə hər şey öz əksini tapıb.

Şuşa Bəyannaməsinə əsasən Azərbaycanın təhlükəsizliyinə birbaşa Türkiyə məhsuldur. Bu baxımdan biz sevinməliyik. Amma bizim içimizdə olan bəzi ruspərəstlər istəyirlər ki, Azərbaycanla Türkiyə arasında münasibətlər sərin olsun. Beləliklə də, onlar öz çirkli niyyətlərini həyata keçirmək istəyirlər.

Türkiyənin Azərbaycanın yanında olmasını həmişə alqışlamaq lazımdır. Hətta Azərbaycan və Türkiyənin bir dövlətə çevrilməsi məsələsi gündəmə gəlsə, yaxşı olar. Çünki biz bir millətik və bir millətin də bir dövləti olmalıdır. Bu məsələni də gələcəkdə düşünmək lazımdır.

Hafiz Hacıyev: “Ermənistana bu günə qədər himayədarlıq edən Rusiya da Ərdoğanın çıxışından öz payını götürməlidir”.

Ərdoğanın İrəvana verdiyi müsajlardan Ermənistan ciddi nəticələr çıxarmalıdır. Eyni zamanda Ermənistana bu günə qədər himayədarlıq edən Rusiya da Ərdoğanın çıxışından öz payını götürməlidir. Məlumdur ki, bu gün Rusiyanın vəziyyəti yaxşı deyil. Rusiya dünyaya meydan oxumaq fikrində idi. Amma Rusiya Ukrayna cəbhəsində məğlub olur və rus ordusu Ukraynada dinc əhaliyə raket atır, onları amansızlıqla qətlə yetirirlər.

İndiki vaxtda həm dünyada, həm də regionda gedən proseslərə görə Ərdoğanın və Türkiyə xarici işlər naziri Çavuşoğlunun Azərbaycan haqqında dedikləri, Azərbaycanın yanında olduqlarını bildirməkləri bizi sevindirməlidir. Türkiyə rəsmilərinin bu fikirləri bizi ruhlandırır. Həmcinin Türkiyənin bu dəstəyi torpaqlarımızı terrorçulardan təmizləmək üçün başladığımız anti-terror əməliyyatlarında bizə qol-qanad verir”.

Nərminə UMUDLU
pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Ən çox oxunanalar