Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib

Azərbaycanın 20 yaşadək çimərlik voleybolçularından ibarət millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib...

Poliqon Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qızlardan və oğlanlardan ibarət komandalarımız Polşanın Mislovitse şəhərində keçirilən qitə birinciliyində mübarizəyə iyulun 24-də təsnifat mərhələsindən başlayıb.

Ölkəmizi təmsil edən Nəriman Bayramlı - Muhammad Aslanlı cütlüyü təsnifat mərhələsində Kosovo təmsilçilərinə 2:0 hesabı ilə qalib gəlib, Andoradan olan duetə 1:2, şotlandiyalı rəqiblərinə isə 0:2 hesabı ilə məğlub olub.

Qızlardan ibarət komanda (Səbinə Əlizadə - Lizi Latsabidze) isə təsnifat mərhələsində iki görüş keçirib. Andoranı 2:0 hesabı ilə məğlub edən cütlük Şotlandiyaya 0:2 hesabı ilə uduzub.

Qaydalara uyğun olaraq, qızlardan ibarət komandamız əsas mərhələyə vəsiqə qazanıb, oğlan komandamız isə mübarizəni dayandırıb. Qızlar bu mərhələdə C qrupunda İspaniya, Serbiya və İngiltərə komandaları ilə yarışacaqlar. Qrup oyunları iyulun 25-26-da baş tutacaq. Yarışın qalibləri isə iyulun 28-də müəyyənləşəcək.

Avropa çempionatınqa oğlanlara Joanildo Kosta Junior, qızlara isə Nihad Tarverdiyev rəhbərlik edir.

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolu tarixində ilk dəfə 18 yaşlı qızlardan ibarət komanda Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar