Bazar ertəsi, 24 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan da Ermənistanı BMT-yə şikayət edə bilərmi?

Naxçıvanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının beynəlxalq ictimaiyyətə müraciət edib...

Politoloq: “Azərbaycanın Ermənistanı BMT-yə şikayət etməsi üçün kifayət qədər əsasları var”.

Ermənistanın boş-boş iddialarının heç bir əsası yoxdur”.

Bu sözləri politoloq Samir Hümbətov BMT Təhlükəsizlik Şurasına müraciət edən Ermənistanın Naxçıvanı blokadada saxlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Naxçıvanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının beynəlxalq ictimaiyyətə müraciət edib. Ermənistan növbəti dəfə riyakarcasına dünya ictimaiyyətini yanlış istiqamətə yönləndirməyə çalışdığı bir zamanda bu müraciət diqqət çəkdi. Çünki Qarabağda “humanitar böhran” yaşandığını iddia edərək BMT Təhlükəsizlik Şurasına müraciət edən Ermənistan özü Naxçıvanı blokadada saxlayır.

Bəs, Azərbaycan da Ermənistanı BMT-yə şikayət edə bilərmi? Xüsusi ilə, Üçtərəfli bəyanatın 9-cu bəndinin yerinə yetirilməməsi buna əsas verirmi?

Ermənistanın Azərbaycanı şikayət etməsini Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Rəsmi Bakı gözləyir ki, Ermənistan sülh müqaviləsini imzalamamaq üçün bəhanələr çıxarmasın”.

Azərbaycanın Ermənistanı BMT-yə şikayət etmək üçün əlində kifayət qədər əsasların olduğunu nəzərə çatdıran politoloq Pol7qon-a bildirib ki, Azərbaycan sülh danışıqları prosesinin pozulmaması üçün gözləyir:

“Ümumiyyətlə, Azərbaycanın Ermənistanı BMT-yə şikayət etməsi üçün kifayət qədər əsasları var. Mən burada üçtərəfli bəyannaməni qeyd etmək istəmirəm. Çünki üçtərəfli bəyannamə Azərbaycan, ErmənistanRusiya arasında imzalanan bir bəyannamədir. Yəni bu atəşkəs bəyannaməsidir. Buna görə də ola bilər, BMT desin ki, Rusiya vasitəçiliyi ilə olduğuna görə məsələni Rusiya ilə fə həll edin.

Amma Azərbaycanın özünün Ermənistanı şikayət edəcək kifayət qədər əsasları var.

Birincisi, Ermənistan 30 il ərzində mütəmadi olaraq atəşkəsi pozub.

İkincisi, Ermənistan 30 il ərzində mütəmadi şəkildə ekologiyanı korlayıb.

Üçüncüsü, Ermənistanın “fəaliyyəti” nəticəsində Azərbaycanın Qarabağ ərazisində basdırılan minalar görə 300-dən çox vətəndaşımız minaların qurbanına çevrilib.

Ümumiyyətlə, zaman-zaman bir Ermənistandan düşmən, aqressiv münasibətləri görmüşük. Buna görə də bizim əlimizdə kifayət qədər əsas var ki, Ermənistanı BMT-yə şikayət edək. Amma hələ ki, Azərbaycan sülh danışıqları prosesinin pozulmaması üçün gözləyir.

Samir Hümbətov: “Ermənistanın “fəaliyyəti” nəticəsində Azərbaycanın Qarabağ ərazisində basdırılan minalar görə 300-dən çox vətəndaşımız minaların qurbanına çevrilib”.

Təsadüfi deyil ki, 30 il ərzində Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını düm-düz edib. Bu gün nə Ağdamda, nə Füzulidə, nə Qubadlıda, nə Zəngilanda demək olar ki, yaşayış yoxdur. Bütün rayonları daşına kimi Ermənistan daşıyıb aparıb. Bütün bunların hamısı əsas verir ki, Azərbaycan Ermənistanı BMT-yə rahat şəkildə şikayət etsin. Rəsmi Bakı gözləyir ki, Ermənistan sülh müqaviləsini imzalamamaq üçün bəhanələr çıxarmasın. Azərbaycan istəyir ki, qısa müddətdə sülh müqaviləsini imzalasın.

Ermənistanın da boş-boş iddialarının heç bir əsası yoxdur. Azərbaycan ərazisindən birinci Qarabağ müharibəsi zamanı həyatını itirən şəxslərin qalıqları tapılıb. Amma 3 500 nəfər vətəndaşlarımızın da taleyindən hələ də xəbər yoxdur. Vətəndaşlarımızın taleyi bizim üçün çox önəmlidir. Azərbaycan bunu da tələb etməlidir və edəcək də”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var - Video, Yenilənib

"Həmin evlərdən çox ürküdücü səslər gəlir" - Reabilitasiya Mərkəzində nə baş verir?

Şabranda evə basqın zamanı ölənlərin sayı 2-yə çatıb - Yenilənib

Şüvəlanda silahlı insident: 3 polis və 1 nəfər mülki vətəndaş qətlə yetirilib

Mehdiyevin kürəkəni içki aludəçisi olub? - Gecələr "Rolls-Royce"da stress atır, Fotolar

Güləşçilərimiz Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - Siyahı

Paşinyan: Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir

Rusiya-Abxaziya sərhədində silahlı qarşıdurma baş verib

Rusiya ordusu Ukraynada yarış motosikletlərindən istifadəyə başlayıb

Ən çox oxunanalar