Bazar, 14 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlama tarixi açıqlanıb

Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar sabah, iyunun 25-də başlayacaq...

Poliqon xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu barədə X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, bu gün o, Aİ Xarici Əlaqələr Şurasında çıxış edib.

"Mən 27 Aİ-yə üzv ölkəyə Ukrayna və Moldova üçün danışıqlar çərçivəsini təsdiqlədikləri üçün təşəkkür etdim", deyə xarici işlər naziri bildirib.

Kuleba çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinin müharibə iqtisadiyyatını daha da sıxışdırmaq üçün Aİ-nin 14-cü sanksiyalar paketinin əhəmiyyətini qeyd edib. Nazir Avropa İttifaqının Rusiya Federasiyasının dondurulmuş aktivlərindən Ukraynanın maraqları naminə istifadə edilməsi ilə bağlı son addımlarını da qeyd edib.

Bundan əlavə, diplomat müttəfiqləri hərbi yardımın, xüsusilə hava hücumundan müdafiə vasitələrinin tədarükünü sürətləndirməyə, həmçinin müdafiə sənayesi istehsalını genişləndirməyə çağırıb.

"Biz bütün Avropada uzunmüddətli sülh və sabitliyi təmin etmək üçün Ukrayna torpağında Rusiyanın təcavüzünə qalib gələ bilərik və etməliyik", deyə Kuleba bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Şurası Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar çərçivəsini rəsmən təsdiqləyib. Moldova prezidenti Maya Sandu da danışıqlara başlandığını elan edib.

"Aİ Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün Aİ-nin ümumi mövqelərini, o cümlədən danışıqlar çərçivəsini təsdiqləyib. Bu, çərşənbə axşamı iyunun 25-də Lüksemburqda danışıqların başlanmasına zəmin yaradır", deyə Şuranın bəyanatında qeyd edilir.

Sonradan məlum olub ki, Ukrayna Aİ-yə daxil olmaq üçün danışıqlar nümayəndə heyəti formalaşdırıb. Onun tərkibinə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva, Ali Rada sədrinin birinci müavini Aleksandr Kornienko, ətraf mühit və təbii sərvətlərin mühafizəsi naziri Ruslan Strelets və energetika nazirini müavini Svetlana Qrinçuk da daxil olmaqla 34 danışıqlar iştirakçısı daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" - Foto, Video

“Bravo”da məhsul üzərindəki qiymətdən baha satılıb – Protokol yazıldı

29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla “səxavətlə” bölüşüb...

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - Yenilənib

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

Yeniyetmə qardaşların meyiti tapıldı... - Video

İran prezidentinin yeni administrasiyanın xarici siyasət prioritetləri haqqında açıqlaması

ISW: Ukrayna hərbçiləri cəbhənin müəyyən sektorlarına əks-hücumlar həyata keçirir

Lukoşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qalxdığını bildirib

İsrail “HƏMAS”ın daha bir liderini öldürüb

Ən çox oxunanalar