Bazar, 14 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ "Apple"ı illik gəlirinin 10%-ni cərimələməklə hədələyir - Nə baş verib?

"Apple" yeni rəqəmsal qanunvericiliyə əsasən Avropa Komissiyası tərəfindən ittiham edilən ilk İT nəhəngi olub...

Şirkəti indi qlobal illik gəlirin 10%-i qədər cərimə gözləyir.

Poliqon-nun "Financial Times"a istinadən məlumatına görə, Brüsseldəki tənzimləyicilər deyirlər ki, "iPhone" istehsalçısı "Apple" "Store" proqram mağazası vasitəsilə rəqabəti qanunsuz olaraq boğur və tərtibatçılara alternativ ödəniş üsullarını tətbiq istifadəçilərinə sərbəst şəkildə açıqlamağı qadağan edir.

Tənzimləyici həmçinin "Apple"ın tələblərinin qanuniliyini araşdırır, bu tələblər tərtibatçıları üçüncü tərəf proqram mağazalarından hər quraşdırılmış proqram üçün onların tətbiqindən 1 milyondan çox insan istifadə edərsə, 50 sent ödəməyə məcbur edir.

Öz növbəsində, "Apple" bildirib ki, o, tərtibatçıların və Avropa Komissiyasının rəylərinə cavab olaraq DMA-ya uyğun olaraq bir sıra dəyişikliklər edib:

"Biz əminik ki, planımız qanuna uyğundur və hesab edirik ki, tərtibatçıların 99 faizindən çoxu bizim yaratdığımız yeni iş şəraiti çərçivəsində "Apple"a eyni və ya daha az təzminat ödəyəcək".

Avropa Komissiyası araşdırmanın nəticələrini 25 mart 2025-ci ilə qədər elan edəcək. Əgər "Apple" günahkar bilinərsə, onu qlobal illik gəlirinin 10%-nə qədər cərimə gözləyir, yəni istənilən cərimə on milyardlarla dollar ola bilər. Qayda pozuntusu təkrarlanarsa, cərimələr 20%-ə qədər arta bilər.

2020-ci ildə Avropa Komissiyası "Apple" ilə bağlı araşdırmaya başlayıb. O vaxtdan bəri tənzimləyici istehsalçını "iPhone"larda USB-C-yə keçməyə və "App Store"dan yan keçərək proqramların yüklənməsinə icazə verməyə məcbur edib.

Həmçinin, Aİ-nin təzyiqi altında "Apple" "iMessage-da RCS" dəstəyini tətbiq edəcəyinə söz verib. RCS mobil şəbəkə deyil, internet üzərindən işləyən çarpaz platforma standartıdır, yəni əslində "Android" istifadəçiləri ilə pulsuz olaraq "iMessage" vasitəsilə əlaqə saxlamağa imkan verəcək. Bu, çox güman ki, sentyabr ayında "iOS 18"in buraxılmasından sonra baş verəcək.

Poliqon.info


Etiket: Apple


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" - Foto, Video

“Bravo”da məhsul üzərindəki qiymətdən baha satılıb – Protokol yazıldı

29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla “səxavətlə” bölüşüb...

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - Yenilənib

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

Yeniyetmə qardaşların meyiti tapıldı... - Video

Lukoşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qalxdığını bildirib

İran prezidentinin yeni administrasiyanın xarici siyasət prioritetləri haqqında açıqlaması

ISW: Ukrayna hərbçiləri cəbhənin müəyyən sektorlarına əks-hücumlar həyata keçirir

İsrail “HƏMAS”ın daha bir liderini öldürüb

Ən çox oxunanalar