Bazar, 14 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Telegraph: Aİ qalib gələ bilməyəcəyi bir müharibəyə başlayıb...

Avropa Fransa və İngiltərədəki seçkilərlə tükənərkən və Brüsseldəki məmurlar Aİ-nin əsas vəzifələrini kimin alacağı ilə bağlı mübahisə edərkən, daha vacib bir şey, Çinlə genişmiqyaslı ticarət müharibəsi baş verir...

Poliqon xəbər verir ki, bu barədə “The Telegraph” yazır. Nəşrə görə Ai avtomobil sənayesini xilas etmək üçün ümidsiz bir cəhdlə Çin istehsalı olan elektrik avtomobillərinə gömrük tarifləri tətbiq etmək niyyətini elan etdikdən sonra, Çin də donuz ətinə yeni tariflər tətbiq edir.

“Biz iki blok arasında şiddətli qarşıdurmaya səbəb olacaq şeyin başlanğıcındayıq. Və problem aydındır: Avropa çox güman ki, məğlub olacaq. Çünki Avropa İttifaqı həddindən artıq bölünüb, dəqiq strategiyası yoxdur və zəifləmiş iqtisadiyyatı artıq Çinlə mübarizə aparmaq gücünə malik deyil. Qərb Çinə qarşı durmalıdır, lakin Böyük Britaniya da daxil olmaqla Avropa artıq bunu təkbaşına edə biləcək qədər güclü deyil”, deyə nəşr yazır.

Məqalə müəllifi Metyu Linnin fikrincə, Aİ-yə idxal edilən Çin elektrik avtomobillərinə 38%-ə qədər gömrük rüsumları tətbiq edilməsi başa düşüləndir. Çünki Aİ-nin avtomobil sənayesi hələ də 158 milyard avro dəyərində avtomobil ixracı ilə ölkə iqtisadiyyatında məşğulluğun 6%-ni təşkil edir.

“Biz Çin avtomobillərinin dövlət tərəfindən subsidiyaya cəlb edilib-edilmədiyini və ya super səmərəli istehsalçıların yeni nəslinin texnologiyanı hamıdan daha yaxşı mənimsədiyini müzakirə edə bilərik lakin bir şey özü-özündən aydındır. Avropa hökumətlərinin tədbir görməməsi nəticəsində ucuz avtomobillərə tələbat getdikcə artır. Yaxşı hazırlanmış Çin akkumulyatoru ilə işləyən avtomobillər Avropa istehsalçılarını məhv etməyə hazırdır”, deiə müəllif qeyd edir.

Nəşr yazır ki, bu həftə Çin Aİ-dən donuz əti idxalı ilə bağlı antidempinq araşdırmasına başlayıb və bu, yeni tariflərin tətbiqi üçün müqəddimə olub.

“Çox güman ki, bu ilin sonuna kimi Çinə gələn hər bir funt ətin vergiyə cəlb ediləcəyini görəcəyik. Eyni zamanda, Pekin Avropa istehsalçılarını cəzalandırmaq məqsədi daşıyan “böyük mühərrikli” benzinli avtomobillərə tarifləri qaldıra biləcəyinə işarə edib. Məsələ bununla da bitməyəcək. Çinin Ticarət Nazirliyi cümə günü xəbərdarlıq edib ki, Aİ-nin qərarı ticarət müharibəsinə səbəb ola bilər. Tezliklə “Airbus” təyyarələrinə yeni gömrük tarifləri tətbiq edilsə, təəccüblənməməliyik, xüsusən də Çin indi öz sərnişin təyyarələrini istehsal etməyə başlayıb.

Metyu Linnin sözlərinə görə, gələn il ərzində hər iki tərəfdən tarif və əks-rüsum artımları gözlənilir.

“Lakin bütün bu iddialara baxmayaraq, sərt reallıq ondan ibarətdir ki, Aİ, xüsusən də Ursula fon der Leyenin ümidsiz rəhbərliyi altında məğlubiyyət yolundadır”, deyə məqalə müəllifi vurğulayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" - Foto, Video

“Bravo”da məhsul üzərindəki qiymətdən baha satılıb – Protokol yazıldı

29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla “səxavətlə” bölüşüb...

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - Yenilənib

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

Yeniyetmə qardaşların meyiti tapıldı... - Video

İran prezidentinin yeni administrasiyanın xarici siyasət prioritetləri haqqında açıqlaması

ISW: Ukrayna hərbçiləri cəbhənin müəyyən sektorlarına əks-hücumlar həyata keçirir

Lukoşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qalxdığını bildirib

İsrail “HƏMAS”ın daha bir liderini öldürüb

Ən çox oxunanalar