Çərşənbə axşamı, 25 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi

Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuş və səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar münasibətlərin əsasını təşkil edir. Bu münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib.

Ölkələrimiz arasında bütün münasibətlərin müsbət inkişafının nəticəsində iki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, 2007-ci ilin 15 martında isə “dostluq və əməkdaşlıq” haqqında müqavilə imzalanıb.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-loqistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Bu da Azərbaycana olan marağı daha da artırıb. 23 may 2024-cü il tarixində Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri və iki ölkə arasında əməkdaşlıq üzrə bir çox sənədlərin imzalanması münasibətlərin mahiyyət və keyfiyyət etibarı ilə yeni pilləyə qalxmasını göstərir.

23 may 2024-cü il tarixində Azərbaycanla Tacikistan arasında “Strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi və rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” və “İnformasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Bu müqavilələr bir daha göstərir ki, Azərbaycanın Tacikistanla əlaqələri xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında rəsmən əsası qoyulan strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin güclənməsinə xidmət edəcək. Bu isə Azərbaycanın beynəlxalq siyasi sistemdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Təyyubə Hüseynova
Abşeron rayon, Saray 3 nömrəli məktəbin direktoru, Əməkdar müəlllim

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanıldı - Yenilənib

Oğlu əsgərlikdən gələn kişi qatil oldu: Arvadının xəyanətindən şübhələnib divara tarix yazıbmış

Rüstəm Şahbazov üçün atalar üçdən deyib? – Adı ikinci qətl hadisəsində keçir

Üç polisi qətlə yetirən şəxslə bağlı şok detallar: "İmkanlı adamın külli miqdarda pulunu oğurlayıb"

Mehdiyevin kürəkəni içki aludəçisi olub? - Gecələr "Rolls-Royce"da stress atır, Fotolar

Azərbaycanda icra hakimiyyətində əməliyyat keçirilib: Saxlanılanlar var

Şüvəlanda silahlı insident: 3 polis və 1 nəfər mülki vətəndaş qətlə yetirilib

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - Siyahı

Bakıda "ölüm zonası": Burada yaşayanlar təhlükə qarşısındadırlar

Bakıda qətlə yetirilən polis əməkdaşı Mirəli Heydərov Kürdəmirdə dəfn olunub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay