Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın sülh müqaviləsi ilə bağlı yeni “oyun”u...

Ararat Mirzoyan bildirib ki, bir ay müddətində sülh sazişini imzalamaqla bağlı Paşinyanın təklifinə Azərbaycan hələ ki, cavab verməyib...

Politoloq: “Ermənistan tərəfinin bir ay ərzində sülh müqaviləsinin bağlanması ilə bağlı Azərbaycana təklif göndərməsinə inandırıcı yanaşmıram”.

Ermənistanın sülh müqaviləsini imzalamaq istəməsi və dərhal imzalanmasını da vurğulaması kimi başdansovdu fikirlərin səsləndirilməsi doğru deyil”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın xarici işlər nazirinin sülh müqaviləsi ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Lüksemburqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bir ay müddətində sülh sazişini imzalamaqla bağlı Paşinyanın təklifinə Azərbaycan hələ ki, cavab verməyib.

Ermənistan rəhbərliyi Azərbaycanla bir ay müddətində sülh sazişini imzalamağa hazır olduqlarını bildirirkən səmimidirlər, yoxsa Paşinyan və komandası sadəcə bu məsələ ətrafında manipulyasiya edirlər?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Bəzi proseslər var ki, onlar həyata keçirilmədən sülh müqaviləsi imzalansa belə, yenə natamamlıq olacaq”.

Paşinyan və komandasının sadəcə bu məsələ ətrafında manipulyasiya apardığını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ermənilərin məqsədi yalnız və yalnız həm beynəlxalq ictimaiyyəti, həm də Ermənistan cəmiyyətini manipulyasiya etməkdən ibarətdir:

Ermənistan tərəfinin bir ay ərzində sülh müqaviləsinin bağlanması ilə bağlı Azərbaycana təklif göndərməsinə inandırıcı yanaşmıram. Çünki sülh müqaviləsinin imzalanması üçün birinci çərçivə sülh müqaviləsi imzalanmalıdır və bəzi məsələlər razılaşdırılmalıdır. Bundan sonra sülh müqaviləsinə imza atılmalıdır.

Ermənistanın sülh müqaviləsini istəməsi və dərhal imzalanmasını da vurğulaması kimi başdansovdu fikirlərin səsləndirilməsi doğru deyil. Əvvəla, tərəflər arasında olan bir neçə ziddiyyətli məsələlərə xüsusilə diqqət yetirilməlidir. Eyni zamanda delmitasiya və demarkasiya prosesi yarımçıq ola-ola sülh prosesini həyata keçirmək qeyri-mümkündür. Ermənistan konstitutsiyasında da dəyişiklik olunamlıdır, amma olunmayıb.

Bu proseslər həyata keçirilmədən sülh müqaviləsi imzalansa belə, yenə natamamlıq olacaq. Həmçinin sülh müqaviləsi belə vəziyyətdə imzalansa, Ermənistanda başqa hakimiyyət olsa, onlar sülh müqaviləsini qəbul etməyəcəklər. Bu halda da yenidən müharibə şəraiti yarana bilər.

Buna görə də, bu məsələlərin hamısı tam razılaşdırılmalıdır, sonra sülh müqaviləsi həyata keçirilməlidir. Düşünürəm ki, Paşinyan və komandası sadəcə bu məsələ ətrafında manipulyasiya aparır. Məqsədləri də yalnız və yalnız həm beynəlxalq ictimaiyyəti, həm də Ermənistan cəmiyyətini manipulyasiya etməkdən ibarətdir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib - Yenilənib

Ukrayna Avropa yolundan saparsa, Aİ ona yardımdan imtina edəcək

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş keçirilib

Ryabkov: Qərb Rusiya ilə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə yaxınlaşır...

81 yaşlı Bayden və 78 yaşlı Tramp: Kim daha dörd il Ağ Evdə hökm edəcək?..

Ən çox oxunanalar