Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın badmintonçuları Serbiyada beynəlxalq yarışda 4 medal qazanıb

Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novı Sad şəhərində keçirilən “Serbian Youth International 2024” turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb...

"Report" xəbər verir ki, 9 yaşadək bamdintonçu qızların şəxsi yarışında Mələk Təhməzli qrup mərhələsini 2 qələbə ilə başa vuraraq uğurlu seriyanın davamını yarımfinalda da gətirib.

Həlledici görüşdə 3 setin yekununda Kipr təmsilçisinə qalib gələn idmançımız turnirin qızıl medalını qazanıb.

Ömər Teymurlu isə 13 yaşadək oğlan bamdintonçuların şəxsi mübarizəsində finala kimi irəliləyib.

Bu kateqoriyada 4 qələbə qazanan Ö.Teymurlu finalda macar rəqibinə uduzaraq gümüş medala yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb.

Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib.

Azərbaycan idmançıları qızıl medalın bir addımlığında macarıstanlı rəqiblərinə uduzaraq bu kateqoriya üzrə yekun sıralamada ikinci sırada qərarlaşıb.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Ən çox oxunanalar