Bazar, 14 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell: Rusiya aktivlərindən qazancın ilk tranşı gələn həftə Ukraynaya köçürüləcək...

Belçikanın xarici işlər naziri Aja Labib bildirib ki, Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı yekun razılığa gəliblər...

Poliqon xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə bu məlumatı təsdiq edərəkbildirib, vəsait gələn həftə Ukraynaya köçürüləcək.

“Bu gün biz Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edəcəyik. Rusiyanın dondurulmuş aktivlərinə gəlincə, razılaşma əldə olunub, biz dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin sərbəst buraxılması üçün bu proses üçün kifayət qədər təhlükəsizlik təminatları barədə razılığa gəlmişik”, deyə Belçika XİN rəhbəri Xarici İşlər Nazirlikləri Şurasının Avropa İttifaqının Lüksemburqda keçirilən iclasından əvvəl bildirib.

“Bizim dondurulmuş Rusiya aktivlərindən gəlirimiz var. Biz hər hansı maneələrdən qaçaraq onlardan istifadə etməliyik. Müvafiq prosesə başlamışıq, birinci transfer gələn həftə, iyulda, ikinci isə bir neçə aydan sonra baş tutacaq. Bizdə maneələrdən yan keçməyə imkan verəcək hüquqi prosedur var. Bizim bir həllimiz var, onu bu gün təqdim edəcəyik”, - Lüksemburqdakı görüş başlamazdan əvvəl Josep Borrell jurnalistlərə bildirib. Eyni zamanda Borrel qeyd edib ki, Macarıstan Rusiyanın aktivlərindən əldə olunan gəlirin Ukrayna üçün istifadəsində iştirak edə bilməz.

“Politico”nun məlumatına görə, bu gün Aİ Ukraynaya yardım fonduna Rusiyanın aktivlərindən əldə olunan gəlirin 1,4 milyard avroluq birinci tranşını elan edəcək. Vəsaitlər Almaniya, Danimarka və Çexiya vasitəsilə göndəriləcək və yaxud da Ukrayna üçün zəruri olan alışları həyata keçirəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" - Foto, Video

“Bravo”da məhsul üzərindəki qiymətdən baha satılıb – Protokol yazıldı

29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla “səxavətlə” bölüşüb...

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - Yenilənib

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

Yeniyetmə qardaşların meyiti tapıldı... - Video

İran prezidentinin yeni administrasiyanın xarici siyasət prioritetləri haqqında açıqlaması

ISW: Ukrayna hərbçiləri cəbhənin müəyyən sektorlarına əks-hücumlar həyata keçirir

İsrail “HƏMAS”ın daha bir liderini öldürüb

Lukoşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qalxdığını bildirib

Ən çox oxunanalar