Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdiyevin kürəkəni içki aludəçisi olub? - Gecələr "Rolls-Royce"da stress atır, Fotolar

Milli Məclisin sabiq deputatı, akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev depressiyaya düşüb...

Bu barədə "demokrat.az"-a sabiq deputatın dostlarından biri məlumat verib.

Onun sözlərinə görə, son aylar eks-deputat spirtli içki aludəçisi olub, tez-tez içki məclislərində görünür. Həmçinin, o, idarə etdiyi "Rolls-Royce" və "Bentley" model bahalı avtomobilləri ilə gecələr stress atmağa çalışır. Mehdiyevin kürəkəni köhnə dostları ilə tez-tez "Elmlər Akademiyası" metrostansiyası yaxınlığındakı biznes məkanlarında oturur.

"Musavat.com"-un verdiyi məlumatlarda isə iddia olunur ki, sabiq deputat 2020-ci ildə həbsindən sonra özünü təhqir edilmiş hesab edir. Hakimiyyətə qarşı qəzəbli olan sabiq deputat baş verənlərə hər hansı bir formada qarşılıq verə bilməməsini spirtli içkilərə aludəçiliklə ötüşdürməyə çalışır. Qeyd edək ki, 2020-ci ilin avqustunda, COVİD-19 virusunun önlənməsi üçün tətbiq olunan karantin günlərində Mehdiyevin kürəkəni Novxanı qəsəbəsindəki dəbdəbəli imarətində qızı Fidan Əliyevaya toy edib. Məsələ ictimailəşəndən sonra karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) ittiham olunmaqla hakim qarşısına çıxarılıb. Abşeron Rayon Məhkəməsində ona hökm oxunub. 15 sutka inzibati həbs cəzası alan kürəkən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. 15 günlük həbsdən azad olunandan sonra sabiq deputat Saxlanma Məntəqəsinin önündə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən qəzəb-qəhər içində, çaşqın durumda toydan görüntülər yayanları lənətləyib.

Yada salaq ki, ötən müddət ərzində ərköyün kürəkənin adı mətbuatda dəfələrlə ən müxtəlif məhkəmə işlərində hallanıb, Şabranda sahibkar Mansur İbrahimova məxsus 100 hektarlarla torpağı aldatma yolu ilə, 5 min 600 manata rəsmiləşdirməklə əlindən alması üzə çıxıb. Hazırda bu iş üzrə də sabiq deputatın cavabdeh tərəf olduğu məhkəmə prosesləri davam edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar