Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriya yığması Azərbaycan millisi ilə oyunun heyətini açıqlayıb

Baş məşqçi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib...

Avstriya yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millilərinə qarşı keçirəcəyi oyunun heyəti müəyyənləşib.

Baş məşqçi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur. Mütəxəssis Almaniya Bundesliqasında çıxış edən 9 avstriyalı oyunçunu yığmaya çağırıb. Ümumiyyətlə, 25 futbolçudan yalnız 6-sı daxili birincilikdə çıxış edir.

Zədə səbəbindən iştirakı sual altında olan kapitan David Alaba, digər müdafiəçi Filipp Lienhart və hücumçu Marko Arnautoviç də heyətdə yer alıblar.

Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksander Şlager (LASK)

Müdafiəçilər: David Alaba (“Real Madrid”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə)

Yarımmüdafiəçilər: Conas Oyer (“Rapid”, Vyana), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya)

Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə)

Poliqon.info

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Ən çox oxunanalar