Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlının məhkəməsi keçiriləcək

Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin cinayət işi ilə bağlı istintaq yekunlaşaraq Detmol şəhər Məhkəməsinə göndərilib...

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna Detmol şəhər Prokurorluğundan bildirilib.

Otuz altı yaşlı E.Ağayevin məhkəmə prosesi yanvarın 8-i ilə fevralın 6-ı aralığına təyin edilib. Məhkəmə hal şahidi və zərərçəkənlər üçün üç məhkəmə dinləməsi təyin edib.

Xatırladaq ki, hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrej F.Rintelner balta ilə qətlə yetirilib.

Hadisəni törətməkdə Elçin Ağayev şübhəli bilinir. Məlumata görə, qətl qısqanclıq zəminində törədilib.

E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalıblar.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.

pia.az


Etiket: Almaniya qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay