Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya dünyaya rahatlıq verməyəcək...

Qərbin, xüsusilə ABŞ və İngiltərənin Rusiya və Ukraynanı bir-birinə qarşı təhrik etməsi və nəticədə, onları qanlı müharibəyə sürükləməsi regional və hətta qlobal tarazlığı pozdu...

Fuat Bol
“Hürriyet” qəzeti, Türkiyə, 9 mart 2022-ci il

İkinci Dünya Müharibəsindən sonra dünyada kommunizm təhlükəsi bəhanəsi ilə ABŞ onlarla dövlətə, o cümlədən Türkiyəyə nüfuz edərək öz sistemini qurdu.

Sovet İttifaqı dağıldıqdan sonra o, özünü təkqütblü dünyanın yeganə högemonu kimi görür və bütün dünyaya nizam-intizam (əslində, nizamsızlıq-xaos) gətirməyə çalışırdı. Əsassız bəhanələrlə İraq və Əfqanıstanı işğal etdi. Hər iki işğalda rüsvay oldu və arxasına baxmadan geri çəkilməli oldu.

Rusiyanın rəhbəri Putin adi liderlər kimi deyil. Putin öz dövlətini daxildən dəyişdirmək və keçmiş (Sovet) təsir dairələrini geri almaq üçün çox çalışır. Görünür, KQB-dən gələn Putin 21-ci əsr Rusiyasının “çarı” kimi tanınmaq istəyir. Əslində, Putin heç bir rus çarının edə bilmədiyi şeyə nail oldu və beləliklə, Rusiya tarixində ilk dəfə olaraq Aralıq dənizinə (Suriyaya) girməyi başardı.

Rusiya ilə Ukrayna arasındakı müharibə, əslində, ABŞ-ın liderliyi ilə kollektiv Qərblə Rusiya arasında gizli razılaşmanın və dünyanın yenidən bölünməsinin təzahürüdür. Çünki Rusiya parçalanmış imperiyasını yenidən qurmaq və keçmiş Sovet torpaqlarında qurulan dövlətlər üzərində hegemonluğunu saxlamaq istəyir.

Ona görə də, ABŞRusiya “yaxşı polis-pis polis” oyununu oynayırlar. Diqqət yetirsəniz, ABŞ, Rusiyanın, Rusiya da həmişə ABŞ-ın etdiklərini tamaşaçı kimi izləyir. Yaxud da tutuquşu kimi ancaq tənqid edib keçirlər. Eynilə, BMT də qətnamələri də bunu göstərir.

ABŞ (Qərb) isə, görünür, Rusiyanı Kritdən şimala çəkiləcək xəttin şərqindən çıxarıb. Beləliklə, dünya yenidən ikiqütblü formasiyalara və hətta Çinlə birlikdə üçqütblü sistemə daxil ola bilər. Bu qütbləşmədə ən böyük təhlükəyə məruz qalacaq ölkələr Türkiyə və Mərkəzi Asiyanın türk respublikalarıdır.

Tramp dövründə ABŞ öz qabığına çəkiləcəyini və bundan sonra dünyanın müxtəlif ölkələrinə mənasız bir şəkildə əsgər göndərmək əvəzinə, iqtisadi inkişaf yoluyla müharibə aparacağını vəd etmişdi. Tramp bu siyasətin nəticəsi olaraq İraq, Suriya və Əfqanıstanı tərk edəcəklərini açıqlamışdı. Lakin o, seçkini uduzdu və yerinə gətirilən Bayden (ABŞ Dərin dövləti) Trampın siyasətinə zidd olaraq yenidən ABŞ-ı “şahin” kimi qələmə verdi.

Qərbin, xüsusilə ABŞ və İngiltərənin Rusiya və Ukraynanı bir-birinə qarşı təhrik etməsi və nəticədə, onları qanlı müharibəyə sürükləməsi regional və hətta qlobal tarazlığı pozdu. Beləliklə də, bütün dünyanın gözü qarşısında lazımi bölgünü aparacaqlar.

ABŞ bununla da kifayətlənmir: ağırlığını Yunanıstan tərəfinə qoyub və ölkənin hər yerində hərbi bazalar qurub, əsgərlər yığıb. Beləliklə, həm Rusiyanı, həm də dost və müttəfiq ölkə adlandırdığı Türkiyəni mühasirəyə alıb. Bu halda, Türkiyə ona qarşı mübarizə və iqtisadi müharibə aparan terror təşkilatlarını dəstəkləyən ABŞ və ən əsası Mərkəzi Asiya türk respublikalarını, o cümlədən Cənubi Qafqazı öz təsir dairəsində görən və onları öz tabeçiliyinə almaq istəyən Rusiya ilə üz-üzədir.

Hər iki vəziyyət Türkiyə üçün çətindir. Bu səbəbdən, Türkiyə hər iki imperialist gücə qarşı bərabər məsafə saxlamalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar