Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəmən Səudiyyə Ərəbistanının ərazisinə soxuldu – 20 məntəqə ələ keçirilib

“Ənsar Alla” (husilər) hərəkatının döyüşçüləri 3 sutka ərzində iri miqyaslı hücumlar edib

Yəmənin “Ənsar Alla” (husilər) hərəkatının döyüşçüləri son üç sutka ərzində Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nacran əyalətində bu ölkənin ordusunun mövqelərinə irimiqyaslı hücuma keçiblər və bir sıra hərbi və polis sərhəd məntəqələrini ələ keçiriblər. Virtualaz.org “EurAsia Daily” nəşrinə istinadən xəbər verir ki, Yəmənin “Saba” agentliyinin bildirdiyinə görə, 20-dən çox məntəqə husilərin əlinə keçib.

Husilərin komandanlığı bildirib ki, Səudiyyə Ərəbistanının ordusunun və təhlükəsizlik qüvvələrinin obyektləri 72 saatlıq əməliyyat nəticəsində monarxiyanın ərazisinə daxil olmaqla ələ keçirilib.

Mənbə qeyd edir ki, husilər üç istiqamətdən hücuma keçiblər. Hərbi əməliyyatların gedişində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 200-dən çox əsgər və zabiti öldürülüb, Ər-Riyadın başçılıq etdiyi koalisiyaya məxsus 20-dən artıq zirehli avtomobil məhv edilib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri tərəfindən hücuma keçmiş husilərin mövqelərinə 75-ə yaxın hava zərbəsinin endirildiyi bildirilir. Lakin bu zərbələr Yəmən döyüşçülərinin hücumunu dayandıra bilməyib.

Hələlik krallıq hakimiyyəti husilərin Səudiyyə Ərəbistanı ərazisinə irimiqyaslı müdaxiləsi barədə rəsmi məlumat verməyib.(Azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay