Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna 2000 rus əsgərini əsir götürüb: Xarkov əməliyyatında bu qədər əsir götürülməyib..

Ukrayna Rusiyanın Kursk vilayətində çoxlu sayda əsir götürüb. Bunlar əsasən gənc çağırışçılardır...

Poliqon Sky News telekanalına istinadən xəbər verir ki, əsir götürülən ruslar iki mərtəbəli və çarpayılı kameralarda saxlanılır. Bəzilərinin yaşı 19-dan 21-ə qədərdir.

Məhbuslar jurnalistə Ukrayna hərbçilərinin Kursk vilayətinə hücumu zamanı yaşadıqları şoku danışıblar. Hər şeyin çox tez baş verdiyini və sadəcə təslim olduqlarını deyiblər.

Əsgərlər ailələrinin onlara nə olduğundan xəbərsiz olduqlarını bildiriblər. Əsirlər ümid edirlər ki, yaxın gələcəkdə Ukrayna hərbi əsirləri ilə dəyişdiriləcək.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində Vladimir Putin əmin etmişdi ki, çağırışçılar cəbhə bölgəsinə göndərilməyəcək. Bununla belə, Kursk vilayətinin müdafiəsini əsasən gənc çağırışçılar və sərhədçilərin məhdud hissələri aparıb. Onların arxasında "Kadırivets" gizlənib.

Hücum zamanı kameralarda olan az sayda məhbus yaralanıb. Məhbusların döyüş meydanından Ukraynanın saxlanma yerlərinə daşınmasında iştirak edən ukraynalı zabit bildirib ki, xəsarət alanların hamısına tibbi yardım göstərilir.

Adının açıqlanmasını istəməyən zabit deyib: "Əvvəla, biz onların psixoloji durumunu qiymətləndiririk ki, səfəri davam etdirməyə nə dərəcədə hazırdırlar. Həmçinin, ya döyüş yaralarından, ya da silahla düzgün davranmama nəticəsində xəsarət alan məhbusları yoxlayırıq. Bundan sonra biz müşayiət xidməti göstəririk. Müşayiət zamanı biz yaralı döyüşçüləri mülki xəstəxanalara çatdırırıq, onlara əsirlərin saxlanma məntəqələrinə göndərilməzdən əvvəl sağlamlıqlarını sabitləşdirmək üçün xüsusi tibbi yardım göstərilir".

Zabit deyib ki, onun komandası Kursk hücumu başlayandan bəri bir neçə yüz məhbusu təhvil verib: "Karvanın tutumu böyük qrupların birdən-birə daşınmasına imkan vermir, ona görə də bütün protokollara riayət etməklə bir neçə səfər etmək lazımdır".

Təcridxananın rəsmi nümayəndəsi bildirib ki, cəmi bir həftə ərzində ora 200-dən çox hərbi əsir qəbul edilib: "Onlar paltarı dəyişdirilir, yuyulur, sonra kameralara paylanır. Daha sonra hüquq-mühafizə orqanları filtrasiya proseslərini həyata keçirir. Hər şey yoxlanılır və şəxslər düşərgələrə göndərilir. Digər hərbi əsirlər də bu düşərgələrdə saxlanılır və orada mübadilə gözləyirlər".

Ukrayna tərəfindən əsir götürülmüş şəxslərin Rusiya tərəfdən ukraynalı hərbi əsirlərlə dəyişdirilməsinin nəzərdə tutulub-tutulmaması ilə bağlı suala zabit belə cavab verib: "Əlbəttə. Bütün hərbi əsirlər dəyişdirilməlidir".

Bundan əlavə, materialın müəlliflərindən biri - ukraynalı jurnalist Azad Səfərov Facebook-da Kursk vilayətindən məhbusların daşınması ilə məşğul olan ukraynalı zabitin şərhini dərc edib. Hərbçilərin sözlərinə görə, əsirlərin sayı çoxdur:

"Gündə 2-3 saat yatıram. Gündə bir neçə dəfə rus əsirlərini çıxarırıq. Cəmi 7-8 yerimiz qalıb, daha 15 yer hazılamağımızı xahiş edirlər. 2022-ci ildə Xarkov əməliyyatı zamanı belə çox rus əsiri görməmişdim", Ukrayna Silahlı Qüvvələrinin zabiti bildirib.

The Independent yazır ki, Ukrayna əsgərləri rus əsgərlərini mülki şəxsləri və hərbçilərini dəyişmək üçün sövdələşmə vasitəsi kimi istifadə etmək üçün əsir götürüb. Ukraynalı polkovniklərdən biri qəzetə bildirib ki, 2000-ə yaxın rus əsgəri əsir götürülüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay