Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

İddia olunur ki, Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Vladimir Zelenskinin yerinə gətirilməsi ssenarisini hazırlanır...

Politoloq: “Hal-hazırda Zelenskini hakimiyyətdən göndərmək bir qədər çətin məsələdir”.

“Arsen Avakov Ukraynada nüfuzu çirklənmiş bir siyasətçidir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ukraynada iddia olunan hakimiyyət dəyişikliyini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, ABŞ Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun (Avakyan) hazırkı Prezident Vladimir Zelenskinin yerinə gətirilməsi ssenarisini hazırlayır.

Bəs, Arsen Avakovun hakimiyyətə gəlməsi nə qədər realdır və belə bir məlumatın Rusiya tərəfindən ortaya atılması nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Avakov daxili işlər naziri olduğu dövrdə Ukrayna mediasında onun haqqında çox güclü tənqidi materiallar dərc olunurdu”.

Əgər Zelenskini hakimiyyətdən götürmək istəsələr sadəcə olaraq onu istefaya məcbur edə biləcəklərini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, indiki halda Ukraynada Avakovun yaxud da başqa bir siyasətçinin hakimiyyətə gətirilməsi real görünmür:

“Uzun müddətdir belə fikirlər var ki, Qərb Ukraynada Zelenskini hakimiyyətdən uzaqlaşdırıb yerinə başqasını gətirmək istəyir. Bu məsələdə də Ukrayna hakimiyyətində təmsil olunan bir neçə şəxsin adı çəkilir.

Açığını desək, hal-hazırda Zelenskini hakimiyyətdən göndərmək bir qədər çətin məsələdir. Çünki Ukrayna müharibə vəziyyətindədir və belə halda hüquqi prosedurlar var. Hal-hazırda Ukraynada seçkilərin aparılması mümkünsüzdür. Müharibə seçkiləri mümkünsüz edib. Digər məqam isə Zelenskinin özünün istefaya verməsidir. Bu zaman da Zelenskinin səlahiyyətləri parlamentin sədrinə keçir.

Zeynal Əmrəliyev: “Avakovun hakimiyyətə gətirilməsi əhali tərəfindən dəstəklənməz”.

Kimisə anidən hakimiyyətə gətirmək elə də asan məsələ deyil. Üstəlik Arsen Avakov Ukraynada nüfuzu çirklənmiş bir siyasətçidir. Yəni məlum olduğu kimi, Avakov daxili işlər naziri olduğu dövrdə Ukrayna mediasında onun haqqında çox güclü tənqidi materiallar dərc olunurdu. Bildirilirdi ki, onun kriminal qruplarla əlaqəsi var və həmin qurumlara hamilik edir. Düşünürəm ki, belə bir insanın hakimiyyətə gətirilməsi əhali tərəfindən dəstəklənməz. Ukrayna çox aktiv şəkildə siyasiləşmiş ölkədir. Xüsusilə də, müharibədən sonra Ukrayna belə məsələlərdə həssasdır.

Əgər Zelenskini hakimiyyətdən götürmək istəsələr sadəcə olaraq onu istefaya məcbur edə bilərlər. İndiki halda Ukraynada Avakovun yaxud da başqa bir siyasətçinin hakimiyyətə gətirilməsi real görünmür”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar