Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Kurska hücumu tərəfləri sülhə yaxınlaşdırır?

Qazaxıstan Moskva və Kiyevi danışıqlar masasına dəvət edib...

Politoloq: “Ukraynanın Kurska hücumu və ərazilərin nəzarətə götürülməsi Rusiya-Ukrayna müharibəsində dönüşə səbəb ola bilər”.

“Əlbəttə, Rusiya-Ukrayna müharibəsinə görə Qazaxıstanın etdiyi təşəbbüs çox gözəl təşəbbüsdür. Əgər həm Rusiya, həm Ukrayna bu təşəbbüsü qəbul edib danışıqlar masasına oturarsa, bu zaman nəticə əldə etmək olar”.

Bu sözləri politoloq Samir Hümbətov Qazaxıstanın MoskvaKiyevi danışıqlar masasına dəvət etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ukraynanın Kurskda apardığı əməliyyatlar fonunda Qazaxıstan MoskvaKiyevi danışıqlar masasına dəvət edib.

Astana hər iki tərəfin iştirakı ilə aparılacaq danışıqlar üçün yaxşı seçim ola bilərmi? Ümumiyyətlə, Ukraynanın Kurska hücumu tərəfləri sülhə yaxınlaşdırır?

Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Bu prosesin hələki sülhə doğru getdiyini demək tezdir”.

Əgər tam olaraq bu dövlətlərin arxasında dayanan hegemon dövlətlər, bu məsələdə mövqe ortaya qoyacaqlarsa, bu zaman nəticənin əldə edilməli olduğunu vurğulayan politoloq bildirib ki, yox əgər bu mövqe ortaya qoyulmayacaqsa, bu zaman burada nəticə əldə etmək qəliz məsələdir:

“Hesab edirəm ki, Ukraynanın Kurska hücumu və ərazilərin nəzarətə götürülməsi Rusiya-Ukrayna müharibəsində dönüşə səbəb ola bilər. Yəni, əgər bu əməliyyatı Ukrayna qurtarıb, Rusiya ərazisində istehkam qərargahları salıb, həmin əraziləri tam şəkildə nəzarətdə saxlaya bilərsə, bu zaman burada bir dönüş yarada bilər.

Əlbəttə, Rusiya-Ukrayna müharibəsinə görə Qazaxıstanın etdiyi təşəbbüs çox gözəl təşəbbüsdür. Əgər həm Rusiya, həm Ukrayna bu təşəbbüsü qəbul edib danışıqlar masasına oturarsa, bu zaman nəticə əldə etmək olar. Amma mən bu danışıqların baş tuta biləcəyinə və nəticə verəcəyinə çox da inandırıcı yanaşmıram. Çünki burada məsələ yalnızca Rusiya-Ukrayna kontekstində müzakirə edilməli deyil. Burada Rusiyanın arxasında Çin, İran, Şimali Koreya və digər ölkələr varsa, Ukraynanın arxasında da Qərb ölkələri, kollektiv Qərb var. Bu o deməkdir ki, burada güzəştin olması yalnız tərəflərin müəyyən mənada fikrinə və istəyinə bağlıdır.

Samir Hümbətov: “Burada məsələ yalnızca Rusiya-Ukrayna kontekstində müzakirə edilməli deyil”.

Ona görə də hesab edirəm ki, əgər tam olaraq bu dövlətlərin arxasında dayanan hegemon dövlətlər, bu məsələdə mövqe ortaya qoyacaqlarsa, bu zaman nəticə əldə etmək olar. Yox əgər bu mövqe ortaya qoyulmayacaqsa, bu zaman burada nəticə əldə etmək qəliz məsələdir.

Artıq Qərb Ukraynaya yeni silahlar vermək istəyir. Çünki Ukraynanın ərazilərinə doğru Rusiya irəliləyir. Bunun qarşısını almaq üçün ən yaxşı variant hava hücumlarından müdafiə sistemiləridir, döyüş təyyarələridir və digər silah sursatların verilməsidir. Ona görə də bu prosesin hələki sülhə doğru getdiyini demək tezdir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar