Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya ABŞ-dan 5 milyardlıq "Patriot" raketi alacaq

ABŞ Dövlət Departamenti Almaniya hökumətinə MİM-104 "Patriot" zenit-raket kompleksi və 5 milyard ABŞ dolları dəyərində müvafiq avadanlıq üçün PAC-3 MSE raketlərinin potensial satışını təsdiqləmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyinin press-relizində deyilir.

"Təklif olunan satış Almaniyanın cari və gələcək təhdidlərə qarşı durmaq qabiliyyətini təkmilləşdirəcək və ordusunun müdafiə qabiliyyətini artıracaq. Bu, Almaniyanın milli və ərazi müdafiəsini, eləcə də ABŞNATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirmək məqsədinə nail olmağa kömək edəcək. Almaniya bu texnikanı öz silahlı qüvvələrində istifadə etmək üçün qəbul etməkdə çətinlik çəkməyəcək", deyə agentlik qeyd edib.

Sifarişin əsas podratçısı Texas ştatının Dallas şəhərində yerləşən "Lockheed Martin" şirkəti olacaq.

Qeyd olunur ki, "Patriot" üçün 600 raketin alınmasına dair müqavilənin ümumi dəyəri 5 milyard dollardır. ABŞ həmçinin təlim və texniki yardımı da əhatə edəcək.

Almaniya hökuməti hesab edir ki, ABŞ-ın Almaniya ərazisində uzun və orta mənzilli raketlər yerləşdirmək qərarı yalnız Rusiyanın aqressiv davranışının qarşısını almaq məqsədinə xidmət etməlidir və onun bununla bağlı təhdidləri yeni deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay