Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp İncil satışından 300 min dollar qazanıb

Donald Tramp markalı İncillərin satışından təxminən 300 min dollar qazanıb...

Poliqon xəbər verir ki, bu barədə NBC News maliyyə hesabatlarına istinadən məlumat yayıb.

Respublikaçı Müqəddəs Həftədə, martın sonlarında İncil satmağa başlayıb. Greenwood İncilini Trampın saytında 59,99 dollara əldə etmək olar. Trampın imzası olduğu iddia edilən məhdud sayda nüsxələri də 1000 dollara almaq mümkündür.

Sənədlərə görə, Trump həmçinin 1 milyon dollardan çox kriptovalyutaya sahibdir.

Federal vəzifəyə namizədlərin təqdim etmələri tələb olunan illik maliyyə hesabatlarına görə, Tramp Nyu-Yorkda itirdiyi üç mülki iddia ilə bağlı əhəmiyyətli öhdəlikləri - 100 milyon dollardan çox olduğunu göstərib. Lakin onun gəlirinə Dubay və Oman kimi ölkələrdə Tramp brendindən istifadəyə görə lisenziya rüsumlarından əldə edilən gəlirlər, həmçinin prezidentliyindən sonra nəşr olunan kitablardan əldə olunan qonorar daxildir.

Keçmiş prezident Donald Tramp siyasətə gəlməzdən əvvəl öz şöhrətindən istifadə edərək müxtəlif istehlak məhsullarını - biftek, araq və hətta biznes təhsilini dəstəkləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq

Ən çox oxunanalar