Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim Çen In əmindir ki, Putin müharibədə qalib gələcək

Şimali Koreya lideri Kim Çen In inanır ki, Rusiya sülh və ədalət uğrunda “müqəddəs müharibədə” qalib gələcək...

Poliqon xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək Koreyanın azad edilməsinin 79-cu ildönümü münasibətilə təbrikinə görə təşəkkür edib. Kim Çen In hesab edir ki, Rusiya regionda sülhə nail olmaq üçün “müqəddəs müharibədə” qalib gələcək.

Şimali Koreya lideri bildirib ki, koreyalılar onlarla birlikdə Koreyanın azadlığı uğrunda vuruşan və bu yolda həlak olmuş sovet əsgərlərinin şücaətlərini ehtiramla xatırlayır. Kimin sözlərinə görə, iki ölkənin orduları və xalqları arasında ümumi düşmənə qarşı mübarizə zamanı möhkəmlənən dostluq bu gün yeni, çoxqütblü dünyanın yaradılması üçün güclü hərəkətverici qüvvə rolunu oynayır.

“Fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Sizin enerjili rəhbərliyiniz altında qüdrətli rus xalqı ölkənin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını əzmlə müdafiə edəcək, regional sülhün və beynəlxalq ədalətin bərqərar olması üçün müqəddəs müharibədə qələbəyə nail olacaq”, deyə Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məktubda bildirilir.

Xatırladaq ki, iyun ayında Putin Şimali Koreyaya səfər edib və orada Kim Çen Inla görüşüb. İki ölkə liderləri strateji tərəfdaşlıq sazişi imzalayıblar. Bu sənəd tərəflərdən birinə hücum zamanı hərbi yardımın göstərilməsini nəzərdə tutur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay