Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanlı nazir: Rusiyaya qarşı sanksiyalara kor-koranə əməl etməyəcəyik...

Astana Rusiyaya qarşı sanksiyalara kor-koranə əməl etməyəcək, xüsusən də məhdudiyyətlər yerli şirkətlərin maraqlarına toxunarsa buna geyməyəcək...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini və ticarət və inteqrasiya naziri Serik Jumanqarin deyib.

Jumanqarin dəqiqləşdirib ki, Qazaxıstan ikili təyinatlı məhsul hesab edilən bilyalı podşipniklərin satışına qadağaya qoşulmayıb. Onun sözlərinə görə, istehsal yalnız Şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrində tələb olunan spesifikasiyalar üzrə aparılır.

"Biz istehsalçılarımızın ticarətinə qadağa qoyulmasına icazə verməyəcəyik", deyə nazir bildirib.

Eyni zamanda, o əlavə edib ki, Astana Qərb ölkələrinin birbaşa məhdudiyyətlərinə tab gətirməyəcəyi üçün əksər sanksiya məhdudiyyətlərinə əməl etməyə davam edəcək. "Sanksiya siyahısında olan Qazaxıstan şirkətləri artıq bağlanma prosesindədir", deyə ticarət naziri şikayətlənib.

Bundan əvvəl Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan bildirmişdi ki, Aİ Rusiya Federasiyasının Qazaxıstanın köməyi ilə sanksiyaya məruz qalan malları ala biləcəyindən narahatdır. Onun sözlərinə görə, Brüssel Astananın bəzi malları əhəmiyyətli həcmdə idxal etdiyini müşahidə edib. Avropa rəsmiləri məhsulların Rusiyaya yönləndirilə biləcəyindən narahatdırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq

Ən çox oxunanalar