Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB Rusiya və Çindən mümkün kiberhücumlara dair sübutlar axtarır

FTB İrandan bir sıra kiberhücumlardan sonra Rusiya və Çindən kiberhücumların izlərini axtarır...

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İran tərəfindən həyata keçirilən haker hücumunun təfərrüatlarını araşdıraraq, Rusiya və Çinin kiberhücumlarına dair sübutlar axtarır.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

WP-nin qənaətinə görə, FTB İranın iyun ayında bir neçə kiberhücum cəhdi etdiyinə əmindir. Kəşfiyyat rəsmiləri kiberhücumun başqa, daha qlobal sxemin bir hissəsi olduğuna inanırlar, buna görə də onlar digər dövlətlərin daha əhatəli səylərinin sübutunu axtarırlar.

Araşdırmaya yaxın mənbələr nəşrə bildiriblər ki, Amerika rəsmiləri İranı kiberməkanda aqressiv, lakin o qədər də təkmil olmayan rəqib kimi qiymətləndirirlər.

“Yüksək rütbəli məmurların narahatlığı ondan ibarətdir ki, İran tərəfindən şübhəli hakerlik fəaliyyətinin müəyyən edilməsinə baxmayaraq, Rusiya və Çin tərəfindən daha hərtərəfli səylər davam etdirilə bilər və ya tezliklə həyata keçiriləcək”, deyə nəşr yazır.

Mənbələr həmçinin bildiriblər ki, FTB Donald Trampın seçki kampaniyasının ən yüksək vəzifəli köməkçilərindən biri olan Suzi Uaylzın İran tərəfindən kiberhücuma məruz qaldığına dair sübutlar tapıb, lakin hücumun uğurlu olub-olmadığı hələ də məlum deyil.

Xatırladaq ki, avqustun 13-də ABŞ Federal Təhqiqatlar Bürosunun İranın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampın seçki qərargahına kiberhücum versiyasını araşdırdığı barədə məlumat yayılıb.

İyulun 14-də NBC telekanalı Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahının kiberhücuma məruz qaldığını bildirib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay