Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Windows"da çox sayda kritik və vacib boşluqlar aşkar edilib

"Microsoft" "Windows" əməliyyat sistemlərində (ƏS) 90 kritik boşluq aşkar edib və onları aradan qaldırıb...

Oxu.Az xəbər verir ki, bu barədə "The Hacker News" məlumat yayıb.

Qeyd olunur ki, 90 səhvdən 7-si "kritik", 79-u "vacib", biri "orta" qiymətləndirilib. Korporasiya mütəxəssislərinin çərşənbə axşamı hazırladığı "patç"ın (yamaq) buraxılması ilə birlikdə boşluqlar aradan qaldırılıb.

Məlumata görə, altı boşluq hakerlər tərəfindən istifadəçi kompüterlərini sındırmaq üçün fəal şəkildə istifadə olunub. Bunlara CVE-2024-38189, CVE-2024-38178, CVE-2024-38193, CVE-2024-38106, CVE-2024-38107 və CVE-2024-38213 daxildir. Mütəxəssislər izah ediblər ki, xətalarla bağlı insidentlərin əksəriyyəti sosial mühəndisliyi əhatə edir - məsələn, CVE-2024-38213-ə gəldikdə, haker istifadəçini cihazda zərərli faylı açmağa inandırmalıdır.

Nəşrin müəlliflərinin sözlərinə görə, "Microsoft" müstəqil tədqiqatçılar tərəfindən ona bildirilmiş CVE-2024-38202 və CVE-2024-21302 məlum problemləri hələ də aradan qaldırmayıb. Şirkət qeyd edib ki, sistemdəki çatışmazlıqların xüsusiyyəti dərhal reaksiya verməyi nəzərdə tutmur və boşluqlar sonradan aradan qaldırılacaq.

Poliqon.info

 


Etiket: Windows


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar