Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AYNA taksilər üçün duracaq yerləri müəyyənləşdirəcək

Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib...

Poliqon xəbər verir ki, fərmana əsasən, Agentliyin fəaliyyət istiqamətləri sırasına yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək əlavə edilib.

Eyni zamanda Agentliyin vəzifələri artırılıb və aşağıdakı yeni vəzifələri müəyyən edilib:

- Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək;

- taksi minik avtomobilləri üçün nişanlanma xətləri əsasında duracaq yerlərini müəyyənləşdirmək və idarə olunmasını təmin etmək;

- Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında parklanma yerlərini müəyyənləşdirmək, onları təşkil və idarə etmək, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkilində iştirak etmək, habelə parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət etmək və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etmək;

- Bakı şəhərinin inzibati ərazisində nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), Agentliyin yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqlarının yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansında olan avtomobil duracaqlarını (qarajlarını) və mühafizə olunan duracaqlarını idarə etmək;

- piyada-yol infrastrukturunun təşkilində iştirak etmək;

- yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin yerlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müəyyənləşdirmək və ya dəyişdirmək, onların quraşdırılmasına (çəkilməsinə) və lazımi qaydada saxlanılmasına nəzarət etmək;

- avtomobil yollarının normativ hüquqi aktlarla və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirmək və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görmək;

- yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy vermək;

- avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy vermək;

- avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər vermək;

- avtomobil yollarında tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə, habelə həmin obyektlərdən yükdaşımaların iş rejiminə dair Nəqliyyatı Əlaqələndirmə Şurasına təkliflər hazırlamaq;”;

Həmçinin fərmana əsasən, Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin yeni hüquqları yaranıb:

- reysdənkənar hallarda saxlanılması üçün müvafiq duracaqları olmayan ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımaları həyata keçirən nəqliyyat vasitələrinin Agentliyin avtomobil qarajlarında və istehsalat bazalarında müqavilə əsasında ödənişli qaydada saxlanılması üçün şərait yaratmaq;

- ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımanı təşkil edən və nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, eləcə də onların sürücülərinin reysqabağı tibbi müayinəsi üçün müvafiq şəraiti olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara belə yoxlama və müayinələrin Agentlik tərəfindən müqavilə əsasında ödənişli qaydada həyata keçirilməsi üçün şərait yaratmaq;

- sərnişinlərin gediş haqqını ödəməsini asanlaşdırmaq üçün dayanacaq məntəqələrində ödəniş alətlərinin quraşdırılmasını təmin etmək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay