Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yadplanetlilərin yerə səfəri haqda yeni iddialar – Bu sirr açılmır

Bu günlərdə UNO üzrə mütəxəssislər “gəlmələrin” Yerə səfərləri ilə bağlı yeni iddia ilə çıxış edib...

UNO-ların Yerə səfərləri bu sahə ilə məşğul olan əksər mütəxəssislər tərəfindən qəbul edilsə də, onların böyük zaman səddini yararaq yer planetinə necə gəlib-getdiyi, hələ də izah edilməsi mümkün olmayan ən başlıca problem hesab edilir. Belə ki, mütəxəsislərin əksəriyyətinin qənaətincə, hətta UNO-lar işıq sürətinə bərabər bir sürətlə hərəkət etsələr belə, yenə də bu sürət hər hansı bir ulduzdan yer kürəsinə gəlmək üçün kifayət qədər böyük zaman tələb edilir.

Bu müddət və məsafə uzaqlığı fonunda isə Yerə ən yaxın ulduzdan belə planetimizə hansısa canlının gəlməsi mümkün hesab edilmir. Mütəxəssislər iddia edir ki, bu yolçuluğa hər hansı bir bioloji formanın davam gətirməsi mümkünsüzdür. Bu isə o deməkdir ki, UNO-ların Yerə səfərlərini onların kosmik gəmilərinin sürəti ilə izah etmək doğru deyil.

Mütəxəsislərin fikrincə, bu səfərləri mümkün edən amil heç də sürət yox, tamam başqa faktordur. Lakin bu başqa faktorun konkret nə olduğu hələ də sirr olaraq qalır. Bir sıra amillər hesab edir ki, “gəlmələr” hansısa formada “zamanla manipulyasiya” edirlər və məhz bu səbəblə Yerə belə asanlıqla gəlib-getməyə nail olurlar.

Xatırladaq ki, işıq sürətinə bərabər və ya ona yaxın sürətlə hərəkət edən kosmik gəminin mövcudluğu yalnız nəzəriyyələrə istinad edir. İşıq sürətindən daha böyük sürətlə hərəkət etməyin mümkünlüyünü isə elm birmənalı şəkildə rədd etməkdədir.(Moderator.az)

pia.az


Etiket: Yadplanetlilər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar