Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Trampla Harris arasındakı debatı şərh edib

Peskov ABŞ-dakı debat haqqında: Ümid edirik ki, Putini rahat buraxarlar...

Poliqon xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-da Respublikaçı və Demokratik partiyaların nümayəndələri Donald Tramp və Kamala Harris arasında keçirilən seçki debatlarını şərh edib.

“Biz birbaşa monitorinq apara bilmədik. Gecə idi. Bu səhər fərqli bəyanatlarla mesajlar gördük”, deyə Peskov Harrislə Tramp arasında baş tutan debatı şərh edərkən bildirib.

Peskov qeyd edib ki, Kreml hər iki namizədin Rusiya prezidenti Vladimir Putin və Rusiyanın adını çəkdiyini müşahidə edib.

“Mövqe aydındır. Birləşmiş Ştatlar bütövlükdə ölkəmizə mənfi, qeyri-dost münasibət bəsləyir. Putin soyadından ABŞ-da daxili siyasi mübarizə alətlərindən biri kimi istifadə olunub”, deyə Peskov təssüf hissi ilə bildirib.

Kremlin sözçüsü qeyd edib ki, bununla bağlı Rusiyanın öz narahatlığı var.

“Ümid edirik ki, onlar bizim prezidentimizi rahat buraxacaqlar. Əks halda, bu, amerikalı seçicilərin narahatlığıdır”, deyə Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, sentyabrın 11-də ABŞ-da Donald Tramp və Kamala Harris arasında ilk debat baş tutub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar