Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran “Avroüçlüyün” sanksiyalarla bağlı bəyanatına hədəylə cavab verib

İran Xarici İşlər Nazirliyi: Tehran “Avroüçülüyün” Rusiya yardıma görə sanksiyalarla bağlı bəyanatına cavab verəcək...

İran “Avroüçlük” - Almaniya, Fransa və Böyük Britaniyanın Rusiyanı ballistik raketlərlə təchiz etdiyi iddiasına görə İslam Respublikasına qarşı sanksiyalar tətbiq etmək planları ilə bağlı birgə müraciətinə cavab verəcək.

Poliqon xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib. Bu barədə İranXarici İşlər Nazirliyinin Telegram kanalında məlumat dəc olunub.

“Üç Avropa ölkəsinin bu addımı Qərbin İran xalqına qarşı düşmənçilik siyasətinin və iqtisadi terrorizminin davamıdır və bu, müvafiq və mütənasib addımlarla qarşılanacaq”, deyə diplomat xəbərdarlıq edib.

Kənani həmçinin Tehranın Moskvaya raket ötürməsi ilə bağlı məlumatları bir daha yalan və əsassız adlandırıb.

Xatırladaq ki, sentyabrın 2-də Bloomberg mənbələrə istinadən yazıb ki, Tehran öz ballistik raketlərini Moskvaya ötürüb. Rusiyanın bu raketlərdən Ukraynada istifadə etməsi gğzlənilir.

Bu xəbəri şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu tipli məlumatlar “həmişə reallığa uyğun gəlmir”.

Sentyabrın 10-da London, Paris və Berlin birgə bəyanat yayaraq, Rusiyaya ballistik raketlərin və digər silahların tədarükündə iştirak etdiyi iddia edilən əsas təşkilatları və şəxsləri müəyyən etmək niyyətində olduqlarını bildiriblər. Həmçinin ABŞ və Aİ tərəfindən İran Hava Yollarına qarşı sanksiyaların tətbiq edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb

Ən çox oxunanalar