Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Ben Kardin Azərbaycanın bu il noyabrın 11-də keçirməyi planlaşdırdığı Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) öncəsi bəyanat yayıb...

Azər Qasımov: “ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir, hətta bu, məsləhət vermək şəklində olsa belə”.

“Jurnalist deyilənlər böyük ehtimalla Qərblə əməkdaşlıqda günahlandırılan, Qərbdən maliyə alan şəxslərdir ki, onların fəaliyyəti də dövlət maraqlarının əleyhinə olub”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədrinin COP29 öncəsi bəyanatını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycanın bu il noyabrın 11-də keçirməyi planlaşdırdığı Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) öncəsi bəyanat yayıb. O, Azərbaycanı COP29-dan əvvəl fəal və jurnalistləri azad etməyə çağırıb.

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Əgər bu adamlar bunu həm də Qərbdəki QHT-lərdən pul alaraq edirlərsə, onda belə insanlara fəal deyilməsi yanlışdır”.

Azərbaycan dövlətinin humanistliyinin ABŞ-dan çox olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, biz anti-Azərbaycan mövqeyindən çıxış edən həmin şəxslərin müəyyən dövrdən sonra azadlığa buraxılmasının həmişə şahidi oluruq:

ABŞ Senatı özünün həmişəki ampluasındadır. Heç bir fürsəti qaçırmırlar. Beynəlxalq tədbirlərin ev sahibi ölkələr üçün vacib əhəmiyyət daşıdığını bildikləri üçün bundan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Azərbaycan hakimiyyəti ölkə daxilində müəyyən qrup insanların dövlətin mənafeyinə əks fəaliyyət yürütdüyünü müəyyən edib və onlar məhkəmənin qərarı ilə həbs edilib. Məhkəmə bu faktları araşdırıb öz qərarını verəcək. Artıq həbs edilənlərin isə günahı sübuta yetirilib.

Məsələ ABŞ Senatının fəal adlandırdığı şəxslərin kimliyidir.

Hər hansı bir şəxsin sosial mediada hakimiyyət və dövlət orqanlarını təhqir etməsi və ya onlar haqda aqressiv fikirlər bildirməsi ilə onlar fəal jurnalist hetmir. Əgər bu adamlar bunu həm də Qərbdəki QHT-lərdən pul alaraq edirlərsə, onda belə insanlara fəal deyilməsi yanlışdır. Onlar sadəcə qanunun tələblərini pozmuş şəxslərdir ki, qanun qarşısında cavab vermələri də təbii haldır.

Azər Qasımov: “ABŞ tək ölkəmizə qarşı yox, dünyanın bir çox ölkələrinə qarşı eyni mövqedən və ikili standartlardan çıxış edir”.

Jurnalist deyilənlər isə böyük ehtimalla Qərblə əməkdaşlıqda günahlandırılan, Qərbdən maliyə alan şəxslərdir ki, onların fəaliyyəti də dövlət maraqlarının əleyhinə olub. Amma hesab edirəm ki, onlar arasındakı qızların azadlığa buraxılması humanist və müsbət addım olardı.

ABŞ isə tək ölkəmizə qarşı yox, dünyanın bir çox ölkələrinə qarşı eyni mövqedən, ikili standartlardan çıxış edir. Hər zaman özünü bizim kimi ölkələrə məsləhət verəcək durumda hesab edir. Hesab edirəm ki, ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir, hətta bu, məsləhət vermək şəklində olsa belə. Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur. Biz anti-Azərbaycan mövqeyindən çıxış edən həmin şəxslərin müəyyən dövrdən sonra azadlığa buraxılmasının həmişə şahidi oluruq. Böyük ehtimalla bu insanlar da azadlığa vaxtından əvvəl buraxılacaqlar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb

Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar