Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qatarlarda çəkilən verilişlərə narazılıqla bağlı metropolitendən açıqlama

Son zamanlar metrostansiyalarda qatarların hərəkəti zamanı çəkilişlərinin aparılması məsələsi narazılıq yaradır...

Xüsusən, İTV-nin efirində yayımlanan “Yeraltı” verlişinin çəkilişləri ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirə olunur. Vaqonlarda sıxlıq, verilişə gələn qonaqların əyləşməsi səbəbindən sərnişilərin ayaq üstə dayanmağa məcbur qalmaları, kameraların ətrafdakı insanları da kadrlarda aydın göstərməsi, səs-küy və sair kimi məqamlar tənqid edilir.

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə deyib ki, “Bakı Metropoliteni”ndə təkcə “Yeraltı” verlişi deyil, bütün çəkilişlərlə bağlı birinci növbədə QSC rəhbərliyinin razılığı olur.

“Çəkilişlərin nəzarət olmadan aparılması qeyri-mümkündür. “Yeraltı” verilişi xüsusi olmaqla, bu kimi çəkilişlərin xüsusi hazırlıq mərhələsi olur. İlk növbədə sərnişin axını istiqamətləri, sərnişin təhlükəsizliyi, digər texniki normativlər, sərişin məmnunluğu kimi məsələrə də xüsusi baxılır. Monitorinqlərimiz göstərir ki, “Yeraltı” daxil olmaqla bu tip çəkilişlərə münasibət əsasən müsbətdir. Çünki bu, metropolitenə müasibətdə, eyni zamanda cəmiyyətimizdə müəyyən dinamizim yaradır, müsbət ab-havanın formalaşmasına təsir göstərir. Monitorinqlərimiz zamanı “Yeraltı”nın, yaxud digər davamlı olaraq aparılan çəkilişlərimizin hansısa sadaladığımız hallara neqativ təsiri aşkarlanarsa, təbii ki, çəkilişlərin vaxtının dəyişdirilməsi kimi məsələlərə xüsusi baxılacaq. “Yeraltı” verlişinin çəkilişi gur saatdan sonra aparılır. Əsasən, sərnişin axınına maneə olmur. Prinsipial olaraq müəyyən məsələlərə baxsaq, təbii ki, dövr, zaman dəyişir, metropolitendə bir sıra qadağaların yumşaldılır, digər məsələlərlə bağlı çəkilişlərin, sosial yönümlü tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Foto, video çəkilişlərin qadağan edilməsi ilə bağlı məqamlarda cəmiyyətdə formalaşmış neqativ təsirlərin aradan qaldırılması, müəyyən yumşaldılmalar üçün zəmin yaradılması, sərnişinlərimizin ab-havaya uyğunlaşması metropolitendə bu fonda “müasir” deyə biləcəyimiz daha bir mühitin formalaşmasına gətirib çıxara bilər. Bundan daha çox insanlarımız qazanacaq, çünki metro sərnişidaşıma vasitəsi olmaqdan əlavə, həm də müəyyən mənada sosialyönümlü fikirlərə təsiri, cəmiyyətə inteqrasiya məsələlərinin həlli baxımından müsbət rol oynaya bilər”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Ən çox oxunanalar