Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

İran Prezidenti Məsud Pezeşkianın İraqa rəsmi səfəri başlayıb...

“Report” xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, M.Pezeşkianın Bağadad Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub. İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Məsud Pezeşkianı salamlayıb. Hökumət başçısı və nümayəndə heyəti ilə görüşdən sonra İraq Prezidenti Əbdül Lətif Rəşidlə İran Prezidenti arasında görüş olacaq. Bundan sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

M.Pezeşkianın Nəcəf və Kərbəlanı ziyarət edəcəyi, Bəsrə, Ərbil, Süleymaniyyə şəhərlərinə səfəri planlaşdırılıb.

İran Prezidenti səfəröncəsi açıqlamasında deyib ki, İraqa səfəri islam və qonşu ölkələrlə qarşılıqlı fəaliyyət və əlaqələrin inkişafının, dərinləşməsinin yeni dövrünün başlanğıcıdır. O, İraqda əməkdaşlığa dair müqavilələr imzalayacaq.

M.Pezeşkian deyib ki, İraq İslam dininin mərkəzlərindən biridir və bu ölkə ilə İranı dini, siyasi, iqtisadi, mədəni və başqa sahələr üzrə məsələlər bağlayır: “Bura elm, mədəniyyət ocağı, ruhanilərin səfər etdiyi ölkədir. 14-cü hökumətin (Pezeşkianın başçılıq etdiyi hökumət İran İslam Respublikasının 14-cü hökumətidir - red.) ilk xarici səfərini İraqa etməsi də təbiidir”.

***

İran Prezidenti Məsud Pezeşkian İraqın paytaxtı Bağdada yola düşüb.

“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

M.Pezeşkianın qonşu ölkəyə səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir.

İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bu, onun prezident kimi ilk xarici səfəridir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar