Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: Qazaxıstan müstəvisində daha da irəli addım atmış olarıq...

Kasım-Jomart Tokayev Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib...

Fazil Mustafa: “Qazaxıstanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunda çıxış etməsi sevindirici və gözləniləndir”.

“Hər halda bu Ermənistana aid olan məsələdir. Çünki Azərbaycan Qazaxıstanın hər hansısa bir təşəbbüsünə yox deyəcək ölkə deyil”.

Bu sözləri millət vəkili Fazil Mustafa Qazaxıstanın AzərbaycanErmənistanla bağlı təşəbbüsünü Poliqon-a şərh edərkən qeyd edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Prezident İlham ƏliyevAzərbaycan üçün Astanada danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Bəs Qazaxıstanın bu məsələdə rolu uğurlu ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Bu məsələdə Azərbaycan qardaş ölkənin xoş niyyətli addımını yüksək qiymətləndirir”.

İndi topun Ermənistanda olduğunu qeyd edən millət vəkili Poliqon-a bildirib ki, əgər Ermənistan bu məsələyə etiraz etməsə, bu müstəvidə də müzakirələr aparıla bilər:

Qazaxıstanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunda çıxış etməsi sevindirici və gözləniləndir. Çünki Qazaxıstan Azərbaycana qardaş ölkədir. Azərbaycanın problemlərinin həll olunmasına maraq göstərən əsas ölkələrdən biridir. Buna görə də, əgər bu məsələnin Ermənistan tərəfindən qəbulu mümkün olarsa, bu daha yaxşı variant olar.

Qazaxıstan müstəvisində daha irəli addım atmış olarıq. Hər halda bu Ermənistana aid olan məsələdir. Çünki Azərbaycan Qazaxıstanın hər hansısa bir təşəbbüsünə yox deyəcək ölkə deyil. Azərbaycan Qazaxıstanın təşəbbüslərini həmişə təqdirlə qarşılayıb. Bu məsələdə də Azərbaycan qardaş ölkənin xoş niyyətli addımını yüksək qiymətləndirir.

İndi top Ermənistandadır. Əgər Ermənistan bu məsələyə etiraz etməsə, bu müstəvidə də müzakirələr aparıla bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb

Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar